• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib

Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
19.12.2025 12:03

 Azərbaycan Milli Məclisi Avropa Parlamentinin 18 dekabrda qəbul etdiyi və ölkədə siyasi repressiyaların sistemli xarakter aldığını iddia edən qətnaməsinə etiraz edib. Qətnamədə hökumətə siyasi məhbusları azad etmə çağırışı, o cümlədən alimlər, vətəndaş cəmiyyəti fəalları və müxalifət liderlərinin həbsi xüsusi vurğulanmışdı.

Milli Məclis spikerləri və deputatlar qətnaməni qərəzli və manipulyativ hesab edərək, Avropa Parlamentinin Azərbaycanın daxili işlərinə müdaxilə etdiyini bildiriblər.

Spiker Sahibə Qafarova qətnamədə yer alan ittihamları qətiyyətlə rədd edib və vurğulayıb ki, Azərbaycan beynəlxalq normalara riayət edir.

Deputatlar Kamal Cəfərov, Azay Quliyev, Əli Əhmədov, Kamran Bayramov, Zahid Oruc, Elşən Musayev, Səməd Seyidov və Vüqar Bayramov qətnaməni tənqid edərək onu uydurma və qeyri-real məlumatlara əsaslanan sənəd adlandırıblar.

Onların fikrincə, qətnamə Avropa Parlamentinin digər ölkələrə barmaq sirkələməsi və Cənubi Qafqazda sülhün inkişafına mane olmaq cəhdidir.

Milli Məclisin bəyanatında vurğulanıb ki, Azərbaycan öz suverenliyinə və məhkəmə sisteminə hörmətlə yanaşır və xarici qurumların ölkənin daxili işlərinə müdaxiləsini qəbul etmir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol