• $
  • €
  • ₽
  • ₺
  • £

Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib

Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
19.12.2025 18:29

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda Mirziyoyev Əliyevi “əzəli qardaşımızın vətənpərvər oğlu, müdrik rəhbər və beynəlxalq səviyyədə nüfuza malik dövlət xadimi” kimi qiymətləndirib və ən xoş arzularını çatdırıb. 

Mirziyoyev idarəçilik sahəsində Əliyevin zəngin təcrübəsinə və uzaqgörən siyasətinə diqqət çəkərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və beynəlxalq arenadakı mövqelərinin güclənməsinin bu siyasətin nəticəsi olduğunu vurğulayıb. Məktubda regional və qlobal təşəbbüslərin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi xüsusi qeyd olunub.

Prezident Mirziyoyev dost və qardaş ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi sahəsində birgə səylərin davam edəcəyinə inam ifadə edib və əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyini bildirib. 

Məktubda həmçinin Əliyevin ölkə və xalqların ümumi tərəqqisi üçün fəaliyyətində yeni nailiyyətlər qazanması üçün səmimi arzu və diləklər yer alıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol