• $
  • £

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
19.12.2025 18:23

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.Bu barədə AYNA-dan bildirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı–Gəncə, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Laçın, Bakı–Mingəçevir, Bakı-Şəki, Sumqayıt- Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Göyçay, Sumqayıt-Ağdam, Sumqayıt-Cəbrayıl, Sumqayıt-Kürdəmir, Sumqayıt-Yalama(Xaçmaz), Gəncə-Balakən, Ağcabədi-Gəncə, İmişli-Sumqayıt, Gəncə-Mingəçevir, Bərdə–İsmayıllı, Mingəçevir-Gəncə, Mingəçevir-Horadiz, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir, Gəncə-Qazax, Qazax-Gəncə şəhərlərarası, Aşağı Atuc kəndi (Quba) - Heydər Əliyev prospekti (Mərkəzi Bazar), Burunqovaq (Samux) - Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) - Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə 142, 551, 555 və 592 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 17 yanvar 2026-cı il, saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Laçın (Laçın-Həkəri-Zəngilan yolu), Bakı– Mingəçevir, Bakı-Şəki, Sumqayıt- Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Göyçay istiqamətlərində 8 lot üzrə yanvarın 23-də;

Sumqayıt-Ağdam, Sumqayıt–Cəbrayıl, Sumqayıt-Kürdəmir, Sumqayıt-Yalama (Xaçmaz), Gəncə-Balakən, Ağcabədi-Gəncə, İmişli-Sumqayıt istiqamətlərində 7 lot üzrə yanvarın 27-də;

Gəncə-Mingəçevir, Bərdə–İsmayıllı, Mingəçevir-Gəncə, Mingəçevir-Horadiz, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir istiqamətlərində 7 lot üzrə yanvarın 30-da;

Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 8 lot üzrə fevralın 3-də;

Aşağı Atuc kəndi (Quba) - Heydər Əliyev prospekti (Mərkəzi bazar), Burunqovaq (Samux) - Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) - Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində və 142 nömrəli (metronun "20 Yanvar" stansiyası - Masazır kəndi) şəhərətrafı, 551 nömrəli (Bakı BAK - Atyalı yaşayış massivi) şəhərətrafı, 555 nömrəli (Sumqayıt şəhər avtovağzalı - Müşfiqabad qəsəbəsi) şəhərətrafı və 592 nömrəli (Gorədil qəsəbəsi - Xırdalan şəhəri) şəhərətrafı avtobus marşrutları üzrə 7 lot üzrə fevralın 6-da baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:11
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 21:34
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Cəmiyyət 20:13
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:44
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub
Bakı-Ələt-Astara magistral yolunda yanğın baş verib
Cəmiyyət 18:32
Bakı-Ələt-Astara magistral yolunda yanğın baş verib

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Cəmiyyət 17:47
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol