• $
  • £

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
19.12.2025 21:19

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 19-da davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

Xatırladılıb ki, ötən məhkəmə iclası zamanı fasilə elan olunduğundan təqsirləndirilən David Manukyan çıxışını indiki məhkəmə iclasında davam etdirəcək.

D.Manukyan ittiham tərəfinin çıxışında qeyd etdiklərinə əks dəlilləri səsləndirib. Belə ki, təqsirləndirilən şəxs dövlət ittihamını müdafiə edən prokurorların elan etdiyi məqamlarla razılaşmadığını deyib.

O, qondarma rejimin “təhlükəsizlik şurasının iclaslarında” nə iştirakçı, nə də müşahidəçi qismində iştirak etmədiyini, buna onun vəzifə öhdəliklərinin icazə vermədiyini də söyləyib.

D.Manukyan, həmçinin çıxışında öz vəkillərinə təşəkkürünü bildirib.

Təqsirləndirilən Arayik Harutyunyan son sözündə dövlət ittihamını müdafiə edən prokurorların təqdim etdiyi dəlillərlə razılaşmadığını söyləyib.

O, özünün və iki qardaşının Qarabağda məktəbdə təhsil aldığını, erməni dilində təhsil almaqla bağlı problem olmadığını deyib. A.Harutyunyan azərbaycanlılarla aralarında heç bir problem olmadığını da bildirib və əlavə edib: “Bir-birimizin tədbirində iştirak edirdik”.

Təqsirləndirilən şəxs son sözündə məhkəmədə ittiham edildiyi müharibə cinayətlərindən də bəhs edib: “Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum. Mən çox məlumatlı adamam. Amma Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar. Söhbət qocalara, qadınlara, uşaqlara, əsir və girovlara qarşı edilən cinayətlərdən gedir”.

A.Harutyunyan ittihamları sadalayaraq (cinayətkar birliyə qoşulmaq, qanunsuz sahibkarlıq fəaliyyəti göstərmək, dağıntılar törətmək, muzdlular, minaların basdırılması, təyyarələrin hərəkətinə maneə törədilməsi, qətllər, zorakılıqlar, Gəncənin raket atəşinə tutulması və s.), həmin məsələlərlə bağlı öz arqumentlərini səsləndirib və ittihamları qəbul etmədiyini söyləyib.

Təqsirləndirilən şəxs David Babayan son sözünü rus dilində etmək istədiyini deyib. D.Babayana rus dilində çıxış etmək üçün şərait yaradılıb.

O, dövlət ittihamını müdafiə edən prokurorların və zərərçəkmiş şəxslərin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini ümumi fikirlərlə səsləndirib.

Məhkəmə prosesi dekabrın 22-də davam etdiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi yerlərə leysan yağır - faktiki hava açıqlanıb
Cəmiyyət 11:51
Bəzi yerlərə leysan yağır - faktiki hava açıqlanıb
AQTA: Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar spirtli içkilər, bal, kürü və "kənd toyuğu"dur
Cəmiyyət 11:13
AQTA: Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar spirtli içkilər, bal, kürü və "kənd toyuğu"dur
Son bir gündə 24 cinayətin üstü açılıb
Cəmiyyət 10:25
Son bir gündə 24 cinayətin üstü açılıb


Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Cəmiyyət 09:17
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Sumqayıtda qatar benzin daşıyan TIR-la toqquşub - Video
Cəmiyyət 00:16
Sumqayıtda qatar benzin daşıyan TIR-la toqquşub - Video
Azərbaycanlı rəssam Rəfiq Əziz dünya rekordçusu elan edilib
Cəmiyyət 20:54
Azərbaycanlı rəssam Rəfiq Əziz dünya rekordçusu elan edilib
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 20:29
Sabah bu ərazilərdə qaz kəsiləcək
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Cəmiyyət 19:08
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
30 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
Cəmiyyət 18:56
30 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol