• $
  • £

İstanbulda Azərbaycan məktəbi yaradılacaq

İstanbulda Azərbaycan məktəbi yaradılacaq
23.12.2025 12:20

İstanbulda ibtidai, orta məktəb və lisey səviyyələrində fəaliyyət göstərəcək Azərbaycan Respublikasının təhsil müəssisəsi yaradılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qeyd edilib ki, hazırkı Əlavə Protokol Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişin icrası məqsədilə hazırlanıb. Sözügedən Saziş iki dövlət arasında təhsil sahəsində əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir, təhsil müəssisələri arasında əlaqələrin inkişafını, təcrübə mübadiləsini və birgə təhsil təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutur.

Əlavə Protokol Sazişin 19-cu maddəsinə uyğun olaraq bağlanıb və məktəb binalarının istifadəyə verilməsi, həmin binalarda təhsil fəaliyyətinin həyata keçirilməsi, eləcə də idarəetmə, maliyyə və təmir-bərpa ilə bağlı məsələləri tənzimləyir. Protokola əsasən, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə qanunvericiliyinə uyğun olaraq ibtidai, orta məktəb və lisey səviyyələrində fəaliyyət göstərəcək Azərbaycan Respublikasının təhsil müəssisəsinin yaradılması, habelə Azərbaycan Respublikasında "Bakı Türk Təhsil Müəssisələri"nin fəaliyyəti üçün müvafiq binaların qarşılıqlı olaraq müddətsiz və əvəzsiz istifadəyə verilməsi nəzərdə tutulur. Bu zaman məktəb binalarının mülkiyyət hüququ istifadəyə verən tərəfdə saxlanılır.

Sənəddə Azərbaycan təhsil müəssisəsində təhsilin Azərbaycan Respublikasının dövlət təhsil proqramları və beynəlxalq təhsil proqramları əsasında həyata keçirilməsi, türk dili və türk fənlərinin tədrisi, müəllim heyətinin təmin edilməsi, əməkhaqqının ödənilməsi mexanizmləri, dərslik və tədris ləvazimatlarının gömrük prosedurları, habelə müəllimlər və onların ailə üzvləri üçün müvəqqəti yaşama icazələrinin verilməsi ilə bağlı müddəalar öz əksini tapıb.

Əlavə Protokolda məktəb binalarının yalnız təhsil məqsədləri üçün istifadə olunması, tədris fəaliyyətinin daimi dayandırılması hallarında istifadə hüququna xitam verilməsi qaydası, habelə binaların yararlı vəziyyətdə təhvil-təslim olunması prosedurları müəyyən edilib. Eyni zamanda, təmir, bərpa, yenidənqurma və əlavə tikinti işlərinin İstifadəyə verilmiş tərəfin məsuliyyətində olduğu, istifadə hüququna xitam verildikdə isə həmin tərəf tərəfindən sonradan inşa edilmiş obyektlərin və qurğuların əvəzi ödənilmədən binanı istifadəyə verən tərəfin mülkiyyətində qalacağı təsbit edilir.

Əlavə Protokol maliyyə məsələlərinin, o cümlədən vergi və rüsumların tutulmasının tərəflərin milli qanunvericiliyinə uyğun şəkildə tənzimlənməsini nəzərdə tutur.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər


Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Cəmiyyət 09:17
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Sumqayıtda qatar benzin daşıyan TIR-la toqquşub - Video
Cəmiyyət 00:16
Sumqayıtda qatar benzin daşıyan TIR-la toqquşub - Video
Azərbaycanlı rəssam Rəfiq Əziz dünya rekordçusu elan edilib
Cəmiyyət 20:54
Azərbaycanlı rəssam Rəfiq Əziz dünya rekordçusu elan edilib
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 20:29
Sabah bu ərazilərdə qaz kəsiləcək
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Cəmiyyət 19:08
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
30 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
Cəmiyyət 18:56
30 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Cəmiyyət 18:33
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verilib
Cəmiyyət 18:30
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verilib
Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri məlum olub
Cəmiyyət 17:34
Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol