• $ 1.7
  • € 1.9816
  • ₽ 0.021521
  • ₺ 0.0394
  • £ 2.282

Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub

Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
14.01.2026 16:06

Hindistan hökuməti ölkə vətəndaşlarını İrandakı dəyişən təhlükəsizlik vəziyyəti fonunda bu ölkəni tərk etməyə çağırıb.

Hindistanın Tehrandakı səfirliyinin sosial şəbəkələrdə yaydığı bəyanatda bildirilir ki, 5 yanvar 2026-cı il tarixli rəsmi tövsiyəyə əsasən, hazırda İranda olan Hindistan vətəndaşlarına — o cümlədən tələbələrə, zəvvarlara, iş adamlarına və turistlərə — kommersiya reysləri də daxil olmaqla, mövcud olan bütün nəqliyyat vasitələrindən istifadə etməklə ölkəni tərk etmək məsləhət görülür.

Bəyanatda hindistanlılar ehtiyatlı davranmağa, etiraz və nümayişlərin keçirildiyi ərazilərdən uzaq durmağa, həmçinin yerli media və rəsmi məlumatları izləməyə çağırılıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp, eləcə də Kanada, Yeni Zelandiya, İrlandiya, Yaponiya, Almaniya və Fransa hakimiyyət orqanları da öz vətəndaşlarına vətəndaşlarını İrana səfər etməmək və ya ölkəni tərk etmək barədə oxşar tövsiyələr vermişdi.

Tramp daha əvvəl iranlıları etirazları davam etdirməyə çağırmış və ABŞ tərəfindən dəstəyin mümkünlüyünə işarə etmişdi. Regionda gərginlik fonunda bir sıra ölkələr təhlükəsizlik risklərinin artdığını bildirərək vətəndaşlarını ehtiyatlı olmağa səsləyir.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Siyasət 10:02
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Zelenski sabah Türkiyəyə səfər edəcək
Siyasət 12:39
Zelenski sabah Türkiyəyə səfər edəcək
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Siyasət 11:13
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Ermənistan və Azərbaycan bu mövzularda qarşılıqlı razılığa gəlib – Mirzoyan
Siyasət 11:01
Ermənistan və Azərbaycan bu mövzularda qarşılıqlı razılığa gəlib – Mirzoyan
Putin və Paşinyan Moskvada görüşüb
Siyasət 06:44
Putin və Paşinyan Moskvada görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol