• $
  • €
  • ₽
  • ₺
  • £

2 səfir Şəhidlər Xiyabanını ziyarət etməyib

2 səfir Şəhidlər Xiyabanını ziyarət etməyib
19.01.2026 16:00

Rusiya və Hindistanın Azərbaycandakı səfirləri Şəhidlər xiyabanı ziyarət etməyiblər. Bu barədə anews.az-a etibarlı mənbədən bildirilib. 

Belə ki Şəhidlər xiyabanına Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhana gəlməyib.

Eyni zamanda  Rusiya Federasiyasının Azərbaycandakı səfiri də ziyarətdə iştirak etməyib. Rusiya səfirliyi Şəhidlər xiyabanındakı mərasimdə yalnız müşavir səviyyəsində təmsil olunub.

Məsələ ilə bağlı Hindistan səfirliyi səfirin iştirak etməməsi ilə bağlı sorğunu dərhal cavablandırmayıb.  

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri yanvarın 19-da Şəhidlər xiyabanını ziyarət ediblər. Xarici ölkə təmsilçiləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.

2025-ci ilin rəsmi statistikasına görə, hazırda Azərbaycanda 20 ölkənin akkreditə olunmuş səfiri fəaliyyət göstərir. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol