• $ 1.7
  • € 2.0166
  • ₽ 0.022092
  • ₺ 0.0389
  • £ 2.3187

Azərbaycanda iqtisadi artım tempi azalıb - SƏBƏB

Azərbaycanda iqtisadi artım tempi azalıb - SƏBƏB
29.01.2026 15:55

Azərbaycanda iqtisadiyyatın artım tempi 2025-ci ildə 2024-cü il ilə müqayisədə 4,1%-dən 1,4%-ə düşüb.  Anews.az-a açıqlamasında ekpertlər bunu ölkədə neft haslatının azalması və dünya bazarında neftin qiymətinin volatilliyi ilə izah edirlər.

Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 2025-ci ilin yekunlarına görə 1,4% artıb və bu göstərici iqtisadiyyatın keyfiyyət baxımından yenidən qurulması ilə izah olunur. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Əmiraslanov bildirib ki, artım tempinin əvvəlki illərlə müqayisədə zəifləməsi neft-qaz sektorunda hasilatın azalması ilə bağlıdır.

Onun sözlərinə görə, 2025-ci ildə neft-qaz sektorunda yaradılan əlavə dəyər 1,6% azalıb ki, bu da uzun müddət öncə proqnozlaşdırılan tendensiyanın davamıdır.

Eyni zamanda, qeyri-neft-qaz sektorunda ÜDM 2,7% artıb. Nəticədə qeyri-neft sektorunun ÜDM-də payı 2024-cü ildəki 67,9%-dən 2025-ci ildə 71,5%-ə yüksəlib, neft-qaz sektorunun payı isə 32,1%-dən 28,5%-ə enib.

Əmiraslanov qeyd edib ki, ÜDM-in strukturunda sənaye sektoru 33% payla aparıcı mövqedədir, lakin sənayenin əsas hissəsini təşkil edən mədənçıxarma sahəsində əlavə dəyərin 2,5% azalması ümumi artım tempinə mənfi təsir göstərib.

Onun sözlərinə görə, ticarət sektorunda əlavə dəyər 3,3%, nəqliyyat sektorunda isə 4,6% artıb. Ən yüksək artım turizm (8,5%) və informasiya-rabitə (8,7%) sahələrində qeydə alınıb. Bununla belə, bu sahələrin ÜDM-də payı nisbətən aşağı olduğundan ümumi göstəriciyə təsiri məhdud qalıb.

Komitə sədri vurğulayıb ki, iqtisadi artım yalnız faiz göstəriciləri ilə deyil, struktur dəyişiklikləri və dayanıqlılıq prizmasından qiymətləndirilməlidir. Onun sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsində ÜDM üzrə 2,9% artım proqnozu məhz qeyri-neft sektorunun genişlənməsi, sənayeləşmə proqramları və iri infrastruktur layihələri hesabına formalaşıb.

Əmiraslanov əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan iri investisiya layihələri, nəqliyyat-logistika infrastrukturu və müdafiə sənayesinin inkişafı orta və uzunmüddətli perspektivdə iqtisadi artımı sürətləndirəcək əsas amillərdir.

2024-cü ildə Azərbaycanda ümumi daxili məhsulda (ÜDM) artımın qeydə alınması gözlənilən idi, çünki həmin dövrdə neft və qaz hasilatı, eləcə də ixrac göstəriciləri kifayət qədər yüksək olub. Bunu iqtisadçı-ekspert Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, məhz bu amillər 2024-cü ildə ÜDM-in 4,1% artmasını təmin edib. Lakin 2025-ci ildə vəziyyət dəyişib. Həm neft hasilatında, həm qaz hasilatı və ixracında, həm də neft ixracında kəskin azalmalar müşahidə olunmağa başlayıb ki, bu da iqtisadi artıma mənfi təsir göstərib.

Əhmədov bildirib ki, 2025-ci ildə qeyri-neft sektorunda müəyyən artım əldə olunsa da, bu artım neft-qaz sektorundan gələn gəlirlərin azalmasını tam kompensasiya etmək üçün kifayət etməyib.

Ekspertin fikrincə, mövcud tendensiya davam edərsə və neft-qaz hasilatı daha da azalarsa, bunun qarşısını almağın əsas yolu qeyri-neft sektorunun ÜDM-də payının əhəmiyyətli dərəcədə artırılmasıdır.

“Xüsusilə kənd təsərrüfatı, sənaye və turizm sahələrinin inkişafına daha çox diqqət ayrılmalı, bu sahələrə genişmiqyaslı investisiya layihələri yönəldilməlidir. Yalnız bu halda iqtisadi artımın bərpası mümkün ola bilər,” - Əhmədov qeyd edib.

O əlavə edib ki, ÜDM-də azalmanın davam etməsi ölkənin ümumi gəlirlərinin azalmasına, bunun isə əhalinin həyat səviyyəsinə, o cümlədən əməkhaqları, pensiyalar və sosial ödənişlərə təsir göstərməsi riski var.

Ekspert bildirib ki, Azərbaycan hökumətinin bu risklərin qarşısını almaq üçün kifayət qədər imkanları mövcuddur. Onun sözlərinə görə, prioritet istiqamətlərdən biri qeyri-neft sahələrinə yalnız xarici deyil, daxili investisiyalar hesabına da ciddi vəsaitlərin yönəldilməsidir.

Əhmədov vurğulayıb ki, Azərbaycanın böyük valyuta ehtiyatları var və zərurət yarandıqda bu ehtiyatlardan 3–5 milyard dollar həcmində vəsaitin investisiya məqsədilə istifadəsi iqtisadi artımın stimullaşdırılmasına töhfə verə bilər.

Ekspert üçün əsas problemlərdən biri də yeni iş yerlərinin yaradılmasıdır. O bildirib ki, regionlardan şəhərlərə miqrasiyanın qarşısını almaq üçün urbanizasiya üzrə xüsusi proqramlar, bölgələr üzrə diferensial yanaşmalar hazırlanmalıdır.

Əhmədov həmçinin qeyd edib ki, mövcud mərhələdə yalnız ayrı-ayrı sahələrdə deyil, ümumi iqtisadi idarəetmə sistemində daha geniş struktur dəyişikliklərinə ehtiyac var

Milli məclisin deputatı Vüqar Bayramov da ÜDM-in azalmasını neft hasilatı və qiymətinin aşağı düşməsi ilə əlaqələndirir. 

"ÜDM-dəki artım faizləri illər üzrə fəqli olur. Amma bütövlükdə ÜDM-in azalması neft hasilatının həcmi  və  dünya bazarında qiyməti ilə bağlıdır. Çünki  neft-qaz sektorunda ÜDM 1.6% azalıb, qeyri-neft sektorunda isə 2.7 faiz artıb. Bu o deməkdir ki, qeyri neft sektoru 2025-ci ildə ÜDM-in  artmasında əsas səbəbdir",- deputat vurğulayıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) əvvəlki illə müqayisədə 1,4% artıb.

Komitə bildirib ki, iqtisadi artım əsasən qeyri-neft sektorunun, o cümlədən sənaye, nəqliyyat və xidmət sahələrinin hesabına təmin olunub, neft-qaz sektorunda isə artım daha məhdud olub.

İstiqamət: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

 

Aytac Zeynalova

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 12:52
Qızılın qiyməti bahalaşıb
Səudiyyə Ərəbistanı Azərbaycana 5 ton xurma hədiyyə edib
İqtisadiyyat 09:52
Səudiyyə Ərəbistanı Azərbaycana 5 ton xurma hədiyyə edib

Azərbaycanda ötən il dövlət xətti ilə 10 minə yaxın elektron satınalma olub
İqtisadiyyat 17:08
Azərbaycanda ötən il dövlət xətti ilə 10 minə yaxın elektron satınalma olub
Azərbaycanda yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib
İqtisadiyyat 16:13
Azərbaycanda yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

ABB-nin dəstəyi ilə keçirilmiş “EY İlin İş Adamı Müsabiqəsi”nin
qalibi seçildi!
İqtisadiyyat 15:15
ABB-nin dəstəyi ilə keçirilmiş “EY İlin İş Adamı Müsabiqəsi”nin qalibi seçildi!
Azərbaycanın meyvə-tərəvəz ixracı artıb, xarici ticarət dövriyyəsi isə azalıb
İqtisadiyyat 15:07
Azərbaycanın meyvə-tərəvəz ixracı artıb, xarici ticarət dövriyyəsi isə azalıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:19
Azərbaycan nefti bahalaşıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 09:48
Qızıl və gümüş ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol