• $
  • £

Nazirlər Kabinetində Xəzərin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

Nazirlər Kabinetində Xəzərin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib
27.01.2026 18:08

AZ

Xəbər lenti

Rəsmi xronika

Trend TV

Siyasət

Cəmiyyət

İqtisadiyyat

Yaşıl iqtisadiyyat

Energetika

Biznes və iqtisadiyyat xəbərləri

Telekommunikasiya

Tender müsabiqələri

Turizm

Dünya xəbərləri

Hadisə

Maliyyə

Gündəm

İdman

Mədəniyyət

Day.az

Milli.az

Azernews.az

İDMAN.BİZ

DHA Press

Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

Siyasət Materials 27 Yanvar 2026 18:01 (UTC +04:00)

Foto: Nazirlər Kabineti

Trend-i buradan izləyin

Whatsapp

Telegram

Facebook

Twitter

News

Əliş Abdulla

Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Baş naziri Əli Əsədovun sədrliyi ilə 27 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetində “Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv olunmuş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, həmçinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025-2030-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclas keçirilib.Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Baş Nazir Əli Əsədov çıxışında Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsindəki neft-qaz yataqlarında Sovetlər İttifaqından miras qalmış müxtəlif təyinatlı hidrotexniki qurğuların, ləğv edilmiş və ya konservasiya olunmuş neft quyularının, estakadaların, yanalma körpülərinin, platformaların köhnəlməsi, korroziyaya uğraması və hidrometeoroloji amillərin təsiri səbəbindən qəzalı vəziyyətə düşməsi nəticəsində yaranmış problemlər dənizin ekoloji vəziyyətinə neqativ təsir göstərdiyini, eyni zamanda uzun müddət antropogen təsirlərin davam etməsi nəticəsində Bakı Buxtasında (Dənizkənarı bulvarın) da çirklənmənin dərinləşdiyini və onun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına kəskin zərurət yarandığını bildirib.

Kompleks Tədbirlər Planı ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadənin təqdimatla çıxışı və Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovun, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əfqan Cəlilovun məruzələri dinlənildi.

Eyni zamanda, Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələləri ilə bağlı Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarovun və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun məruzələri və digər çıxışlar dinlənildi.

Hər iki məsələ ətrafında müzakirələr aparılaraq aidiyyəti dövlət qurumlarına Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması, iş həcmlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tədbirlərin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilməsi, habelə qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların və quyuların demontajı, batmış və yarımbatmış gəmilərin çıxarılması, görülən tədbirlərin dəniz ətraf mühitinin yaxşılaşmasına təsirinin qiymətləndirilməsinin həyata keçirilməsi üzrə müvafiq tapşırıqlar verildi.

Həmçinin Bakı buxtasının (Dənizkənarı bulvarın) təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəniz suyunun çəkilməsi ilə sahilə yaxın hissələrdə üzə çıxmış metal konstruksiyaların ərazidən kənarlaşdırılması, hövzəyə çirkab suların axıdılmasının qarşısının alınması, suyun səthində üzən neft ləkələrinin və müxtəlif tullantıların, habelə ətrafda neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində təxirəsalınmaz işləri özündə ehtiva edən Tədbirlər Planının hazırlanması tapşırığı verildi.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım edib
Siyasət 22:02
Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım edib
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Siyasət 12:38
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident Naxçıvan yolları ilə bağlı sərəncam imzalayıb
Siyasət 10:21
Prezident Naxçıvan yolları ilə bağlı sərəncam imzalayıb
Prezident sərəncam imzalayıb
Siyasət 10:12
Prezident sərəncam imzalayıb
İlham Əliyev Naxçıvan üçün yeni Sərəncam imzalayacağını açıqlayıb
Siyasət 23:00
İlham Əliyev Naxçıvan üçün yeni Sərəncam imzalayacağını açıqlayıb
Prezidentin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 22:58
Prezidentin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyev Zəngəzur dəhlizinin regional əhəmiyyətini açıqlayıb
Siyasət 22:37
İlham Əliyev Zəngəzur dəhlizinin regional əhəmiyyətini açıqlayıb
Prezident Naxçıvanda iş yerlərinin yaradılmasından danışıb
Siyasət 22:30
Prezident Naxçıvanda iş yerlərinin yaradılmasından danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol