• $
  • €
  • ₽
  • ₺
  • £

Yanan evdə meyiti tapılmış şəxsi qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanılıb

Yanan evdə meyiti tapılmış şəxsi qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanılıb
27.01.2026 20:46

Yanvarın 26-da İmişli şəhəri ərazisində yerləşən evlərdən birində yanğın hadisəsinin baş verməsi və həmin evdə naməlum kişi meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ilkin yoxlama zamanı meyitin 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcov olması və onun bədəni üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətin olduğu müəyyən edilib.

Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Elnarə Cəfərovanın Sədrəddin Fərəcovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Cəfərova iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Quba-Xınalıq yolunda sürüşmə baş verib, hərəkət dayanıb - Video
Cəmiyyət 23:58
Quba-Xınalıq yolunda sürüşmə baş verib, hərəkət dayanıb - Video
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Zığ şosesində yük maşını aşıb, 8 Noyabr prospekti istiqamətində yol bağlanıb
Cəmiyyət 23:10
Zığ şosesində yük maşını aşıb, 8 Noyabr prospekti istiqamətində yol bağlanıb
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib
Cəmiyyət 22:55
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib
Azad olunmuş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilir
Cəmiyyət 21:20
Azad olunmuş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilir
Azərbaycanda qadın hərbçilərlə bağlı yeni qərar
Cəmiyyət 20:03
Azərbaycanda qadın hərbçilərlə bağlı yeni qərar
Azərbaycanda erkən evlilik anlayışı dəyişdirilib
Cəmiyyət 20:00
Azərbaycanda erkən evlilik anlayışı dəyişdirilib
Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb
Cəmiyyət 19:58
Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 18:53
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol