• $
  • £

Azərbaycanın dövlət borcu açıqlanıb

Azərbaycanın dövlət borcu açıqlanıb
28.01.2026 15:16

2026-cı ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları (8 milyard 183 milyon manat) ekvivalentində və yaxud Ümumi Daxili Məhsulun (ÜDM) 6,3 %-i qədər, daxili dövlət borcu isə 17 milyard 804,5 milyon manat və yaxud ÜDM-in 13,8 %-i qədər olub. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ötən il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 6,7 %, daxili dövlət borcu isə 4,6 % azalıb.

Beləliklə, ötən ilin sonuna ölkənin dövlət borcu 25 milyard 987,5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin sonuna nisbətən 5,3 % azdır.

2025-ci ilin dövlət büdcəsindən daxili dövlət borcu üzrə 757 milyon manat (əsas borc üzrə 136,8 milyon manat, faiz borcu üzrə 620,2 milyon manat), xarici dövlət borcu üzrə 1 milyard 342,5 milyon manat olmaqla (əsas borc üzrə 959,7 milyon manat, faiz borcu üzrə 382,8 milyon manat), ümumilikdə 2 milyard 99,5 milyon manat ayrılıb, dövlət borcuna xidmət xərclərində ümumilikdə 300,1 milyon manat qənaət formalaşdırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol