• $
  • £

Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib

Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib
30.01.2026 14:09



İnnovativ bankçılıq həlləri ilə seçilən Yelo Bank, artıq dördüncü dəfə Mastercard-ın təşkilatçılığı ilə keçirilən "Customer Tech Conference" tədbirinə ev sahibliyi edib. Yelo Bank-ın baş ofisində keçirilən konfrans, ölkənin bank sektorundan 50-dən çox rəhbər və mütəxəssisi bir araya gətirərək rəqəmsal ekosistemin gələcəyini müzakirə etmək üçün unikal platformaya çevrilib.

Builki konfransda ən son texnoloji trendlər və tətbiqi gözlənilən yeniliklər diqqət mərkəzində olub. Tədbir iştirakçıları maliyyə xidmətlərini daha sürətli və təhlükəsiz edəcək aşağıdakı strateji mövzular ətrafında fikir mübadiləsi aparıblar:

 

2026-cı ilin ikinci rübü üçün Mastercard-ın qlobal texnoloji relizləri və onların yerli bazara inteqrasiyası;

Ödənişlərin fərqli vasitəçilər və geniş şəbəkələr üzərindən aparılmasını təmin edən Agent Pay imkanları;

İctimai nəqliyyatda nağdsız ödənişlərin genişləndirilməsi və tətbiq olunan müasir tranzit modelləri;

Kiber-təhlükəsizlik, fırıldaqçılıqla mübarizə və müştəri məlumatlarının süni intellektlə qorunması həlləri.

 

Yelo Bank maliyyə sektorunun inkişafına təkan verən bu cür qlobal təşəbbüsləri dəstəkləməyə və innovasiyaların mərkəzində olmağa davam edəcək.

Debet kartı əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol