• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı alqışlayır

Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı alqışlayır
30.01.2026 22:11

Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulmasını alqışlayır.

Bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya departamentinin bəyanatında bildirilib.

"İrəvan və Bakı Azərbaycan ərazisi vasitəsilə Ermənistana mayeləşdirilmiş təbii qaz və bitumun dəmiryol vasitəsilə tranziti barədə razılığa gəliblər. Bu, iki qonşu ölkə arasında iqtisadi münasibətlərin normallaşmasına doğru daha bir addımdır – biz bu inkişafı alqışlayırıq", - bəyanatda qeyd edilib.

Daha əvvəl yanvarın 27-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İrəvan və Bakının Azərbaycan vasitəsilə Ermənistana mayeləşdirilmiş təbii qaz və bitum tədarükü barədə razılığa gəldiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin oktyabrında Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistana tətbiq edilmiş yük tranzitinə məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul etmişdi. O vaxtdan bu istiqamətdə birbaşa və tranzit dəmiryol daşımaları həyata keçirilir.

Azərbaycanın neft məhsullarının ilk partiyası 2025-ci ilin dekabrında Ermənistana göndərilmişdi və 1220 ton AI-95 markalı benzin təşkil edib, ikinci və üçüncü partiyalar isə müvafiq olaraq yanvarın 9-u və 10-u çatdırılıb

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol