• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya və Ukrayna müharibəsində iştirak edən 4 azərbaycanlı həbs olunub - DTX

Rusiya və Ukrayna müharibəsində iştirak edən 4 azərbaycanlı həbs olunub - DTX
03.02.2026 09:30

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunduğunu açıqlayıb. 

DTX-nin yaydığı məlumata görə, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən şəxslərin aşkarlanması məqsədilə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Toplanmış məlumatlar əsasında indiyədək Rusiya–Ukrayna müharibəsində xeyli sayda Azərbaycan vətəndaşının iştirak etdiyi, onların bir qisminin həlak olduğu, itkin düşdüyü, yaralandığı, eləcə də əsir götürülən şəxslərin olduğu müəyyən edilib.

Araşdırmalar nəticəsində 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukraynanın silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etdikləri sübuta yetirilib.

Qeyd olunan şəxslər 2026-cı ilin yanvar ayında saxlanılıb, barələrində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DTX bir daha vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, xarici dövlətlərin ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bu cür hallarla bağlı hüquqi tədbirlər bundan sonra da qanunvericiliyə uyğun şəkildə davam etdiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol