• $
  • €
  • ₽
  • ₺
  • £

Baş prokuror: Hər vakant yerə 10 namizəd düşür

Baş prokuror: Hər vakant yerə 10 namizəd düşür
05.02.2026 12:03

Hər il prokurorluq orqanlarında işə qəbul üçün elan edilən 50 vakant yerə təxminən 500-ə yaxın namizəd müraciət edir, bu prokurorluq orqanlarına gənclərin marağının göstəricisidir. 1 yer uğrunda təxminən 10 nəfər mübarizə aparir. Bunu Azərbaycan Redpublikasının baş prokutoru Kamran Əliyev bildirib.

“Namizədlərin əksəriyyətində nəzəri biliklər var, lakin praktiki bacarıqlar kifayət deyil. Hüquq yalnız qanun mətnini bilmək deyil, onun fəlsəfəsini və tətbiq mexanizmini anlamaqdır,” – Əliyev qeyd edib.

Baş prokuror bildirib ki, hüquqşünasların hazırlanmasında tənqidi düşüncə, real iş təcrübəsi və istintaq bacarıqları əsas prioritetlərdən biri olmalıdır.


Əliyev süni zəka və rəqəmsal texnologiyaların hüquq-mühafizə sisteminə təsirinə də toxunub. 

Onun sözlərinə görə, elektron cinayət icraatı və rəqəmsal sübut mexanizmləri üzrə yeni qanun layihələri hazırlanır və yaxın dövrdə tətbiq olunması planlaşdırılır.

“Texnologiyalar hüquqşünası əvəz etmir, lakin onun imkanlarını genişləndirir. Süni zəka insan zəkasından üstün deyil, əksinə, onu gücləndirir,” – Baş prokuror vurğulayıb.

O əlavə edib ki, bu sahədə hüquqi çərçivənin vaxtında formalaşdırılmaması gələcəkdə həm istintaq, həm də məhkəmə proseslərində problemlərə səbəb ola bilər.

Kamran Əliyevin sözlərinə görə, cinayətkarlıqla mübarizədə yalnız cəza mexanizmləri deyil, təhlükəsizlik, hüquqi maarifləndirmə və preventiv tədbirlər də həlledici rol oynayır.

N.Təbrizli 

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol