• $
  • €
  • ₽
  • ₺
  • £

Bağırov: Hüquqşünas qadınlar yüksək nəticə göstərsə də, praktik fəaliyyətdən uzaqdır

Bağırov: Hüquqşünas qadınlar yüksək nəticə göstərsə də, praktik fəaliyyətdən uzaqdır
05.02.2026 12:45

Azərbaycanda hüquq təhsili alan qadınların akademik göstəriciləri yüksək olsa da, onların əhəmiyyətli hissəsi sonradan peşə fəaliyyətindən kənarda qalır və bu, hüquq sistemi üçün ciddi itki yaradır. Bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

Bağırovun sözlərinə görə, son illər qadın vəkillərin sayı artsa da, hazırda onların payı təxminən 22% təşkil edir.

“Ali təhsil pilləsində ən yüksək nəticə göstərən hüquqşünasların əksəriyyəti qadınlardır. Lakin müxtəlif sosial və institusional səbəblərdən onların böyük hissəsi praktik hüquq fəaliyyətinə qoşulmur,” – o deyib.

Bağırov bildirib ki, Vəkillər Kollegiyası analıq və sosial məzuniyyət mexanizmlərini tətbiq edir və bu yanaşma digər hüquq institutlarında da əsas prinsip olmalıdır.


Vəkillər Kollegiyasının sədri hüquq fakültələrini bitirən məzunların bilik və praktiki hazırlıq səviyyəsinin qənaətbəxş olmadığını qeyd edib. 

Onun sözlərinə görə, məhkəmə sənədlərinin hazırlanması, hüquqi arqumentasiya və yazı mədəniyyəti ciddi problemlər yaradır.

“Nəzəri biliklə praktiki bacarıqlar arasında balans yoxdur. Bu isə məhkəmə proseslərinin keyfiyyətinə birbaşa təsir edir,” – Bağırov deyib.


Bağırov Azərbaycanda hüquqi xidmətlər bazarının tənzimlənmədiyini vurğulayaraq bildirib ki, bir sıra ölkələrdən fərqli olaraq, hüquqi xidmət göstərmək üçün vahid lisenziya və sertifikat tələbləri mövcud deyil.

O, həmçinin keyfiyyətsiz xarici ali məktəblərdən alınan diplomların tanınmasının peşənin nüfuzuna zərər vurduğunu qeyd edib.

Bağırov hüquq fakültələrində müəllimlərin əməkhaqqının aşağı olmasını və Ədliyyə Akademiyasının maddi-texniki bazasının zəifliyini hüquq təhsilinin əsas struktur problemləri kimi göstərib.

“Hüquq fakültələri universitetlərin əsas gəlir mənbələrindən biridir, lakin bu, tədrisin keyfiyyətində əksini tapmır,” – o bildirib.

N.Təbrizli 

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol