• $
  • £

Ermənistan TRIPP layihəsi çərçivəsində Bakı ilə birbaşa dəmir yolu əlaqəsinə ümid edir

Ermənistan TRIPP layihəsi çərçivəsində Bakı ilə birbaşa dəmir yolu əlaqəsinə ümid edir
06.02.2026 16:29

 Ermənistan hakimiyyəti TRIPP layihəsi çərçivəsində yaxın bir neçə il ərzində Bakı ilə birbaşa dəmir yolu əlaqəsinin qurulacağına ümid edir. Bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, yaxın vaxtlarda Ermənistan–Türkiyə sərhədinin açılması ilə də bağlı müsbət xəbərlər gözlənilir.

“Türkiyə ən azı iqtisadi baxımdan ÜDM həcminə görə bizim ən böyük qonşumuzdur. Sərhədi açmaq imkanımız var”, —  Papoyan bildirib.

O, daha əvvəl Ermənistan və Azərbaycan arasında qarşılıqlı maraq doğuran malların siyahılarının dəyişdirildiyini və yaxın vaxtlarda biznes ictimaiyyətinin mövqeyinin gözlənildiyini söyləyib.

Nazirin sözlərinə görə, hazırda ölkələr arasında aktiv ticarət yoxdur, çünki bazarlar bir-birini kifayət qədər tanımır və dayanıqlı ticarət əlaqələrinin formalaşması vaxt tələb edir və əsasən özəl sektorun səlahiyyətinə daxildir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol