• $
  • €
  • ₽
  • ₺
  • £

Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib

Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib
09.02.2026 15:46

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Hörmətli İlham Heydər oğlu. Sizi nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu təşəbbüs konstruktiv siyasətin və dözümlülüyün təşviqi yolu ilə davamlı sülhə və sabitliyə nail olmaq üçün ardıcıl səylərinizin, güclü iradənizin tanınmasının daha bir təsdiqidir.

Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin imzalanmasını iki dövlət arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi, həmçinin Qafqaz regionunda və onun hüdudlarından kənarda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi prosesində mühüm amil hesab edirik.

Tacikistan sülhsevər ölkə olaraq bu önəmli, konstruktiv və tarixi nailiyyəti bir daha alqışlayır və bütün mübahisələrin, münaqişələrin yalnız siyasi-diplomatik üsullarla həllinə sadiqliyini vurğulayır.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına isə yeni nailiyyətlər, davamlı sülh və bundan sonra da tərəqqi arzula

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol