• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış edib

Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış edib
13.02.2026 22:02

13 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz - Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi” mövzusunda panel müzakirələrində çıxış edib. Paneldə həmçinin Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso çıxış ediblər.Bu barədə XİN-dən bildirilib.

Nazir Bayramov çıxışı zamanı Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanın mövqeyi və xüsusilə də tarixi Vaşinqton sammitindən sonra atılan addımlar, Azərbaycanın regional təhlükəsizlik və sabitlik istiqamətində həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib.

Ermənistana istiqamətlənən yüklərə münasibətdə tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Azərbaycandan Ermənistana neft məhsullarının satışı istiqamətində atılan addımların son onilliklər ərzində görünməmiş dərəcədə sabit mühitin formalaşmasına töhfə verdiyi qeyd edilib.

Bununla yanaşı, Ermənistan tərəfindən də yüklərin Azərbaycandan keçməklə üçüncü ölkələrə ixrac edilməsinə müvafiq icazə verilməsinin, beyin mərkəzlərinin nümayəndələrinin və ekspertlərin görüşlərinin əhəmiyyətli etimad quruculuğu tədbirləri olduğu vurğulanıb.

Tərəflər arasında paraflanmış sülh sazişinin imzalanması və normallaşma gündəliyinin daha da irəli aparılması baxımından Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və Vaşinqton Bəyannaməsinə uyğun olaraq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin icrasında real irəliləyişin əldə olunmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Prezident İlham Əliyevin siyasətinin bölgənin regional rəqabət və konfrantasiya məkanına çevrilməməsi istiqamətində tədbirlərə kökləndiyi xatırladılıb.

Nazir panel müzakirələrində, həmçinin Azərbaycanın Orta Dəhlizin gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı infrastruktur işləri, investisiyaları və regional tərəfdaşlarla normativ-hüquqi əlaqələndirmə tədbirləri barədə məlumat verib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükaşırma prosedurlarının asanlaşdırılması məqsədilə Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan arasında birgə Yol Xəritəsinin qəbul edildiyi bildirilib, bunun nəticəsində tranzit müddətlərinin əhəmiyyətli dərəcədə azaldığı və yük daşımalarının həcminin artdığı qeyd edilib.

TRIPP təşəbbüsü də daxil olmaqla inklüziv bağlantı layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb, bu çərçivədə Avropa İttifaqının daha fəal iştirak potensialı, Türkiyənin və Gürcüstanın da regional nəqliyyat əlaqələrinin inkişafında vacib rolu qeyd edilib.

Bununla yanaşı, regional bağlantıların inkişafı istiqamətində Azərbaycanın Mərkəzi Asiya ilə həyata keçirdiyi birgə layihələr və səylər diqqətə çatdırılıb.

Panel müzakirələri daha sonra sual-cavab sessiyası ilə davam edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol