• $
  • £

Şahdəniz layihəsində etibarlılıq göstəricisi 100%-dir - Bp rəsmisi

Şahdəniz layihəsində etibarlılıq göstəricisi 100%-dir - Bp rəsmisi
06.03.2026 17:33

Azərbaycanın Şahdəniz qaz yatağı şirkətin qlobal biznes portfelində mühüm yer tutur və bu yataqdan hasil olunan qazın böyük hissəsi xarici bazarlara ixrac edilir. Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bu gün keçirilən mətbuat konfransında bildirib.

O, media üçün keçirilən brifinqdə qeyd edib ki, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və bu tədarükün əsas hissəsi məhz Şahdəniz layihəsi hesabına təmin edilir.

Birrellin sözlərinə görə, layihədə istismar olunan obyektlərin etibarlılıq göstəricisi 100% səviyyəsindədir, bu isə təhlükəsiz və fasiləsiz istehsalı təmin edir.

BP rəsmisi əlavə edib ki, Şahdəniz layihəsi onun üçün şəxsi baxımdan da xüsusi əhəmiyyət daşıyır.

“Şahdəniz layihəsində şəxsi marağım da var. Çünki bu yataqdan ixrac olunan qazın təxminən 10%-i mənim ölkəm olan İtaliyaya göndərilir”, - o bildirib. 

 Şahdəniz Xəzər dənizində yerləşən və Azərbaycanın ən böyük qaz yataqlarından biridir. Layihə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasında əsas mənbə hesab olunur.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycanda yeni kalsinasiya və anodbişirmə zavodu tikiləcək
İqtisadiyyat 10:43
Azərbaycanda yeni kalsinasiya və anodbişirmə zavodu tikiləcək
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol