• $
  • €
  • ₽
  • ₺
  • £

“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub

“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
06.03.2026 18:27

Azərbaycanı “Avroviziya 2026” müsabiqəsində JIVA təmsil edəcək.Bu barədə yarışmanın Azərbaycandakı rəsmi yayımçısı İTV məlumat yayıb.

JIVA (Cəmilə Həşimova) azərbaycanlı müğənnidir.O, 2003-cü ildə keçirilən “Bakı Payızı” müsabiqəsində ikinci yer qazanıb.2007-ci ildə “Show Time” layihəsində iştirak edib, 2011-ci ildə isə “Avroviziya” milli seçim həftəsində ilk üçlüyə daxil olmağı bacarıb.

2018-ci ildə müğənni “Jara” Beynəlxalq Musiqi Festivalının böyük səhnəsində çıxış edib. 2025-ci ildə isə Röya Ayxanın komandasında “Səs Azərbaycan” (“The Voice of Azerbaijan”) layihəsinin qalibi olub.

JIVA həmçinin EMIN, Zülfiyyə Xanbabayeva, Manana, Samir Bağırov və digər sənətçilərlə birlikdə “Azərbaycan! Mən səni sevirəm” adlı vətənpərvərlik layihəsində iştirak edib.

"Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı ildə baş tutacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol