• $
  • £

Deputat təklif edir ki, arıçılıqla bağlı yeni mexanizmlər hazırlansın

Deputat təklif edir ki, arıçılıqla bağlı yeni mexanizmlər hazırlansın
11.03.2026 13:18

Arıçılıq təsərrüfatının inkişafı üçün bir sıra ölkələrdə müxtəlif rəqəmsal və texnoloji modullar tətbiq olunur və bu təcrübələrin Azərbaycanda da istifadəsi faydalı ola bilər. Bunu deputat Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, bu sahədə əsas problemlərdən biri ixtisaslı kadr çatışmazlığıdır.

Deputat qeyd edib ki, Azərbaycanda bakalavr səviyyəsində arıçılıq üzrə ayrıca ixtisas yoxdur və bu sahədə təhsil imkanları yaradılmasa, gələcəkdə arıçılığın inkişafında geriləmə yarana bilər.

Həmzəyev həmçinin Kəlbəcər balı adı altında satışa çıxarılan məhsullara nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bazarda satılan balın əhəmiyyətli hissəsi Kəlbəcər balı kimi təqdim olunur

“Demək olar ki, hər üç bal satandan ikisi məhsulunun Kəlbəcər balı olduğunu deyir”, - o  deyib. 

Deputat bildirib ki, bu məsələyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən daha ciddi nəzarət edilməlidir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rövşən Nəcəf: Gələcəyin əsas bacarığı uyğunlaşma qabiliyyəti olacaq
Cəmiyyət 11:36
Rövşən Nəcəf: Gələcəyin əsas bacarığı uyğunlaşma qabiliyyəti olacaq

Əmrullayev: Təhsil və bacarıqlarda ortaq göstəricilər əsas götürülməlidir
Cəmiyyət 11:30
Əmrullayev: Təhsil və bacarıqlarda ortaq göstəricilər əsas götürülməlidir
600 min şagird hazırda Azərbaycanda “Rəqəmsal bacarıqlar” layihəsinə cəlb olunub
Cəmiyyət 11:22
600 min şagird hazırda Azərbaycanda “Rəqəmsal bacarıqlar” layihəsinə cəlb olunub
Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatının mürəkkəbliyinin artırılması əsas hədəfdir
Cəmiyyət 11:12
Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatının mürəkkəbliyinin artırılması əsas hədəfdir

Azərbaycanın bacarıq ekosistemi gücləndirilir-Alison İqlşem
Cəmiyyət 10:57
Azərbaycanın bacarıq ekosistemi gücləndirilir-Alison İqlşem
2027-ci ildə mediaya 68,5 milyon manat ayrılacaq
Cəmiyyət 10:36
2027-ci ildə mediaya 68,5 milyon manat ayrılacaq
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 10:26
Əhalinin sayı açıqlanıb
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
Cəmiyyət 23:30
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
İmişlidə zəlzələ olub
Cəmiyyət 23:01
İmişlidə zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol