• $
  • £

Elektron siqaretlər qadağandır, qızdırılan tütün məmulatları isə yox...

Elektron siqaretlər qadağandır, qızdırılan tütün məmulatları isə yox...
12.03.2026 10:38

Azərbaycanda elektron siqaretlərin ölkəyə gətirilməsi, satışı və istifadəsi qadağan olunub.

Müvafiq qanun artıq qəbul edilib və 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.


Bu qanun IQOS kimi qızdırılan tütün məmulatlarına şamil olunmur, çünki onlar elektron siqaret hesab edilmir. Qızdırılan tütün məhsulları fərqli texnologiya ilə işləyir və ənənəvi elektron siqaretlərdən əsaslı şəkildə seçilir.


Elektron siqaretlər (vape cihazları) xüsusi mayeni qızdıraraq onu buxara çevirən cihazlardır. Bu mayenin tərkibinə nikotin (olmaya da bilər), propilen qlikol, qliserin və müxtəlif dadlandırıcı maddələr olur.


Cihaz işləyərkən maye qızdırılır və istifadəçi yaranan buxarı nəfəsə çəkir. Elektron siqaretlərdə tütün istifadə edilmir və bu cihazlar yalnız kimyəvi tərkibli maye ilə işləyir.


Qızdırılan tütün məhsulları isə fərqli prinsipə əsaslanır və “heat-not-burn” (yandırmadan qızdırma) texnologiyasından istifadə edir. Bu məhsullarda maye istifadə olunmur,  vape cihazlarında olduğu kimi buxar mayedən yaranmır,  içində həqiqi tütün olan xüsusi tütün çubuqları (məsələn, TEREA) istifadə edilir.


Qızdırılan tütün məmulatlarının cihazı tütünü təxminən 250–350 dərəcə temperaturda qızdırır, lakin onu yandırmır. Bu proses nəticəsində tüstü deyil, aerozol yaranır, kül əmələ gəlmir və yanma prosesi baş vermir


Elektron siqaretlərlə qızdırılan tütün məhsulları arasında əsas fərqlər bunlardır:
Elektron siqaretlər nikotinli və nikotinsiz mayeni qızdıraraq buxar yaradır, qızdırılan tütün məhsulları isə real tütünü qızdırır.


Elektron siqaretlərdə tütün yoxdur, qızdırılan tütün məhsullarında isə xüsusi hazırlanmış tütün çubuqları istifadə olunur.


Elektron siqaretlərdə proses mayenin buxarlanmasına əsaslanır, qızdırılan tütün məhsullarında isə tütün yandırılmadan qızdırılır.

Beləliklə, elektron siqaretlər və qızdırılan tütün məhsulları tez-tez eyni kateqoriyaya aid edilsə də, texnoloji baxımdan tam fərqli məhsullardır. Elektron siqaretlər nikotinli və ya nikotinsiz mayeni buxara çevirən cihazlar olduğu halda, qızdırılan tütün məhsulları həqiqi tütünü yandırmadan qızdıran alternativ tütün məhsulu hesab olunur.

Bu səbəbdən bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda elektron siqaretlər və qızdırılan tütün sistemləri qanunvericilikdə ayrı məhsul kateqoriyaları kimi tənzimlənir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rövşən Nəcəf: Gələcəyin əsas bacarığı uyğunlaşma qabiliyyəti olacaq
Cəmiyyət 11:36
Rövşən Nəcəf: Gələcəyin əsas bacarığı uyğunlaşma qabiliyyəti olacaq

Əmrullayev: Təhsil və bacarıqlarda ortaq göstəricilər əsas götürülməlidir
Cəmiyyət 11:30
Əmrullayev: Təhsil və bacarıqlarda ortaq göstəricilər əsas götürülməlidir
600 min şagird hazırda Azərbaycanda “Rəqəmsal bacarıqlar” layihəsinə cəlb olunub
Cəmiyyət 11:22
600 min şagird hazırda Azərbaycanda “Rəqəmsal bacarıqlar” layihəsinə cəlb olunub
Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatının mürəkkəbliyinin artırılması əsas hədəfdir
Cəmiyyət 11:12
Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatının mürəkkəbliyinin artırılması əsas hədəfdir

Azərbaycanın bacarıq ekosistemi gücləndirilir-Alison İqlşem
Cəmiyyət 10:57
Azərbaycanın bacarıq ekosistemi gücləndirilir-Alison İqlşem
2027-ci ildə mediaya 68,5 milyon manat ayrılacaq
Cəmiyyət 10:36
2027-ci ildə mediaya 68,5 milyon manat ayrılacaq
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 10:26
Əhalinin sayı açıqlanıb
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
Cəmiyyət 23:30
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
İmişlidə zəlzələ olub
Cəmiyyət 23:01
İmişlidə zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol