• $
  • £

“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur

“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
13.03.2026 17:57

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” uğurla davam edir. 

Artıq proqrama qoşulan 18 müəssisəyə texnoloji və dayanıqlı inkişaf üzrə yol xəritələri təqdim edilib və onlar icra mərhələsinə başlayıblar. 

 “Azərsun Holdinq” də qabaqcıl texnologiyaların tətbiqini genişləndirmək və istehsal proseslərini daha səmərəli təşkil etmək məqsədilə üç müəssisəsi ilə proqramda iştirak üçün müraciət edib.

 Bunlar “Sun Tea” MMC, “AzərSüd” MMC və “Qafqaz Konserv Zavodu” MMC-nin tərkibinə daxil olan Xaçmaz Konserv Fabrikidir.

Əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə “Azərsun Holdinq”in İstehsalat və Tədarük Zəncirinin Baş Direktoru Riza Özkayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramovun rəhbərlik etdiyi heyət arasında görüş keçirilib.

Görüş zamanı 4SİM tərəfindən həyata keçirilən “Sənaye 4.0 Hazırlıq Proqramı” haqqında geniş müzakirələr aparılıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi ilə reallaşdırılan proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyasını təmin etmək, əməliyyat səmərəliliyini artırmaq, innovasiyaları təşviq etmək və bununla da onların rəqabət qabiliyyətini gücləndirməkdir.

 Proqram eyni zamanda ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməyi hədəfləyir.

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən Proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyası, əməliyyat səmərəliliyinin artırılması, innovasiyaların təşviqinə dəstək göstərməklə onların rəqabət qabiliyyətini artırmaq, bununla da ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməkdir. 

Proqram çərçivəsində müəssisələrin beynəlxalq metodologiya əsasında texnoloji imkanları qiymətləndirilir, transformasiya üzrə yol xəritələri hazırlanır. 

Bu yanaşma, hər bir müəssisənin xüsusi ehtiyaclarını nəzərə alaraq, onların səmərəliliyini artırmağa və texnoloji inkişafını dəstəkləməyə imkan verir. 

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın əsas təşəbbüslərindən biridir. 

Proqram çərçivəsində 65 müəssisənin texnoloji transformasiyasına birbaşa dəstək göstərilməsi hədəflənir.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Xətai rayonunda yanğın baş verib
Cəmiyyət 19:30
Xətai rayonunda yanğın baş verib
Bakı Neft Terminalında güclü yanğın söndürülüb - YENİLƏNİB - 2
Cəmiyyət 19:18
Bakı Neft Terminalında güclü yanğın söndürülüb - YENİLƏNİB - 2
17 yaşlı qız Kürdə batıb
Cəmiyyət 18:30
17 yaşlı qız Kürdə batıb
İmişli sakini Arazda boğuldu
Cəmiyyət 17:59
İmişli sakini Arazda boğuldu
Qazaxıstanda sərnişin avtobusu yanıb
Cəmiyyət 16:15
Qazaxıstanda sərnişin avtobusu yanıb
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Cəmiyyət 14:22
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Temperatur düşəcək, yağış yağacaq - Proqnoz
Cəmiyyət 13:10
Temperatur düşəcək, yağış yağacaq - Proqnoz
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Cəmiyyət 12:56
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
İranda 4 bal gücündə zəlzələ baş verib
Cəmiyyət 10:47
İranda 4 bal gücündə zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol