• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Nazilik əməkdaşlarına yeni evlərı verildi

Nazilik əməkdaşlarına yeni evlərı verildi
10.12.2013 15:02
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün yeni yaşayış binaları istifadəyə verilib.APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün Bakının Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, 107 ünvanında 12 mərtəbəli, hər biri 1 bloklu 144 mənzilli iki yaşayış binası FHN əməkdaşlarının istifadəsinə verilib. Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib. Nazir istifadəyə verilən mənzillərin şəraiti ilə tanış olub. Mənzillərin açarlarını sahiblərinə təqdim edən K. Heydərov bildirib ki, nazirliyin əməkdaşlarının mənzillə təmin edilməsi Azərbaycan prezidenti İlham Əliyevin FHN əməkdaşlarına diqqət və qayğısının təzahürüdür. Qeyd edək, 144 mənzildən 48-i 3 otaqlı, 96-sı 2 otaqlıdır. Binanın həyətində futbol meydançası, yaşıllıq, uşaq parkı, avtomobil dayanacağı salınıb. Tam təmir olunmuş mənzillərə qaz, su, işıq xətləri çəkilməklə “Kombi” istilik sistemi quraşdırılıb. Binanın inşa olunduğu ərazidə əvvəllər Suraxanı rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının yaşadığı 2 mərtəbəli yataqxana olub. Sökülən yataqxanada yaşayan hər bir ailə də yeni inşa olunmuş binada mənzillərlə təmin olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 18:14
Külək güclənəcək - XƏBƏRDARLIQ
Məhkəmə “Sputnik Azərbaycan” işi üzrə saxlanılan şəxslərin həbsi ilə bağlı qərar verib
Cəmiyyət 18:07
Məhkəmə “Sputnik Azərbaycan” işi üzrə saxlanılan şəxslərin həbsi ilə bağlı qərar verib
Sabahdan rayonlara leysan yağacaq
Cəmiyyət 16:35
Sabahdan rayonlara leysan yağacaq
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
Cəmiyyət 16:14
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
Cəmiyyət 15:40
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
Cəmiyyət 15:36
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
60% müəllim imtahandan kəsilib - RƏSMİ
Cəmiyyət 15:06
60% müəllim imtahandan kəsilib - RƏSMİ
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Cəmiyyət 14:48
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Cəmiyyət 12:57
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol