• $
  • €
  • ₽
  • ₺
  • £

Oskar mükafat alan filmin nümayişi Rusiyada qadağan edilib

Oskar mükafat alan filmin nümayişi Rusiyada qadağan edilib
26.03.2026 20:10

Rusiyanın Çelyabinsk şəhərində yerləşən Çelyabinsk Mərkəzi Rayon Məhkəməsi 2026-cı ildə “Ən yaxşı sənədli film” nominasiyasında Oskar qazanan “Cənab heç kim Putinə qarşı” filminin ölkə ərazisində nümayişini qadağan edib.


Bu barədə məhkəmənin mətbuat xidməti RBC-yə məlumat verib.
Məlumata görə, qərar prokurorluğun iddiası əsasında qəbul olunub. Nəzarət qurumu filmdə Ukraynada “xüsusi hərbi əməliyyat” başladıqdan sonra dövlət hakimiyyətinə və prezidentə qarşı mənfi münasibətin əks olunduğunu iddia edir.


Qeyd edək ki, film 2026-cı ilin 15–16 mart tarixlərində keçirilən Oskar mükafatları 2026 mərasimində “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb.
Sənədli film 2022–2024-cü illər ərzində Çelyabinsk vilayətinin Karabaş şəhərində yerləşən məktəbdə çəkilib. Ekran işi Rusiya məktəblərində tətbiq edilən yeni vətənpərvərlik təşəbbüslərini, o cümlədən “Vacib şeylər haqqında söhbətlər” adlı dərsləri əks etdirir.


Filmin müəllifi rusiyalı pedaqoq Pavel Talankin, həmmüəllifi isə amerikalı rejissor David Borenstein olub.
Məsələ bununla da yekunlaşmayıb. Prezident yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurası Oskar mərasimindən iki gün sonra film ilə bağlı Oskar Komitəsi və UNESCO-ya müraciət edib. Şura filmdə yetkinlik yaşına çatmayanların hüquqlarının pozulduğunu iddia edir.
Bildirilir ki, lentdə istifadə olunan görüntülərin əhəmiyyətli hissəsi məktəbdaxili tədbirlər zamanı çəkilib və ilkin olaraq təhsil prosesində istifadə üçün nəzərdə tutulub. Lakin sonradan bu materialların üçüncü tərəflərə ötürüldüyü və beynəlxalq səviyyədə yayılan kommersiya filmində istifadə edildiyi vurğulanır. Şura həmçinin bəzi hallarda uşaqların valideynlərinin razılığı olmadan görüntülərin yayımlandığını qeyd edib.


Məlumata görə, filmdə təsvir olunan məktəblilərin valideynləri artıq uşaqlarının hüquqlarının qorunması üçün müvafiq Rusiya qurumlarına müraciət ediblər

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Dünya 23:07
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Dünya 21:29
Ərdoğan Ankarada Tokayevlə görüşüb
İspaniyada üçgünlük matəm elan olunub
Dünya 18:26
İspaniyada üçgünlük matəm elan olunub
Niderland Ukraynaya 1,2 milyard avro yardım ayıracaq
Dünya 18:04
Niderland Ukraynaya 1,2 milyard avro yardım ayıracaq
İspaniyada sürət qatarları toqquşdu -46 ölü
Dünya 14:44
İspaniyada sürət qatarları toqquşdu -46 ölü

Belqradda İsrail səfirliyinə hücum olub, təhlükəsizlik əməkdaşı yaralanıb
Dünya 11:05
Belqradda İsrail səfirliyinə hücum olub, təhlükəsizlik əməkdaşı yaralanıb

Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək
Dünya 10:15
Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək
Səslər sayıldıqca Netanyahunun bloku önə keçir
Dünya 09:28
Səslər sayıldıqca Netanyahunun bloku önə keçir
Bolsonaru məhkəmə qadağasına baxmayaraq Braziliyanı tərk edib
Dünya 22:30
Bolsonaru məhkəmə qadağasına baxmayaraq Braziliyanı tərk edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol