• $
  • €
  • ₽
  • ₺
  • £

Maduroya qarşı ittihamlar qüvvədə qalır, məhkəmə xərcləri mübahisəsi davam edir

Maduroya qarşı ittihamlar qüvvədə qalır, məhkəmə xərcləri mübahisəsi davam edir
26.03.2026 22:06

Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin işi üzrə Nyu-York federal məhkəməsində keçirilən ikinci iclas başa çatıb.


Məhkəməyə sədrlik edən hakim Elvin Hellerstayn müdafiə tərəfinin vəsatətinə baxmayaraq, Maduronun üzərindən ittihamların götürülməyəcəyini bildirib.


Dinləmələr əsasən müdafiə xərclərinin maliyyələşdirilməsi ilə bağlı mübahisələr üzərində cəmlənib. Maduronun vəkili Barri Pollak bildirib ki, təqsirləndirilən şəxslər hüquqi xidmətləri öz vəsaitləri hesabına ödəyə bilmirlər və bu xərclərin Venesuela hökuməti tərəfindən qarşılanmasına icazə verilməlidir.


Hakim yaxın vaxtlarda ABŞ administrasiyasının Venesuela dövlət vəsaitlərinin müdafiə xərcləri üçün istifadəsinə icazə verib-verməyəcəyi ilə bağlı qərar açıqlayacağını deyib.
İclas təxminən 90 dəqiqə davam edib.


Maduro və Flores ABŞ-da narkotik qaçaqmalçılığı və “narko-terrorizm” ittihamları ilə üzləşir və hər ikisi özlərini təqsirsiz hesab edir. 

ABŞ prezidenti Donald Tramp isə bildirib ki, Maduraya qarşı əlavə ittihamların irəli sürülməsi mümkündür.


Xatırladaq ki, Maduro və həyat yoldaşı yanvarın 3-də ABŞ qüvvələri tərəfindən saxlanılaraq ölkədən çıxarılıb, yanvarın 5-də isə Nyu-Yorkda hakim qarşısına çıxarılaraq ittihamlarla tanış ediliblər. 
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Dünya 23:07
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Dünya 21:29
Ərdoğan Ankarada Tokayevlə görüşüb
İspaniyada üçgünlük matəm elan olunub
Dünya 18:26
İspaniyada üçgünlük matəm elan olunub
Niderland Ukraynaya 1,2 milyard avro yardım ayıracaq
Dünya 18:04
Niderland Ukraynaya 1,2 milyard avro yardım ayıracaq
İspaniyada sürət qatarları toqquşdu -46 ölü
Dünya 14:44
İspaniyada sürət qatarları toqquşdu -46 ölü

Belqradda İsrail səfirliyinə hücum olub, təhlükəsizlik əməkdaşı yaralanıb
Dünya 11:05
Belqradda İsrail səfirliyinə hücum olub, təhlükəsizlik əməkdaşı yaralanıb

Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək
Dünya 10:15
Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək
Səslər sayıldıqca Netanyahunun bloku önə keçir
Dünya 09:28
Səslər sayıldıqca Netanyahunun bloku önə keçir
Bolsonaru məhkəmə qadağasına baxmayaraq Braziliyanı tərk edib
Dünya 22:30
Bolsonaru məhkəmə qadağasına baxmayaraq Braziliyanı tərk edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol