• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib

Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
27.03.2026 17:28

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə kollektivə təbrik ünvanlayıb.

Dövlət başçısının müraciətində bildirilir ki, bir əsrdən artıq tarixə malik teatr Azərbaycan milli səhnə sənətinin ən qədim kollektivlərindən biridir və Dağıstanın mədəni həyatında mühüm rol oynayıb.

Əliyev Rusiya Federasiyası və Dağıstan rəhbərliyinə mədəni-tarixi irsin qorunmasına göstərilən diqqətə görə təşəkkür edib.

Müraciətdə qeyd olunur ki, Rusiyada Azərbaycan dilində fəaliyyət göstərən yeganə dövlət teatrı olan bu mədəniyyət ocağı regionda yaşayan azərbaycanlıların milli və mənəvi dəyərlərinin qorunmasına töhfə verib və müxtəlif tamaşalar vasitəsilə geniş tamaşaçı rəğbəti qazanıb.

Prezident bildirib ki, teatrın fəaliyyətinin bərpası Dağıstanın çoxmədəniyyətli cəmiyyəti və incəsənət ictimaiyyəti üçün əlamətdar hadisədir.

Əliyev əlavə edib ki, Azərbaycan və Dağıstan xalqları arasında tarixi dostluq və qonşuluq əlaqələri mövcuddur və humanitar əməkdaşlıq Azərbaycan-Rusiya münasibətlərinin mühüm tərkib hissəsidir.

Dövlət başçısı teatr kollektivinə yeni yaradıcılıq uğurları arzulayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol