• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır

ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
31.03.2026 16:13

 ABŞ İranın yeni ali lideri Müctəba Xameneinin sağ olduğuna, lakin ağır yaralandığına inanır. Bunu ABŞ Prezidenti Donald Tramp "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib.

"Bilmirik. Düşünürük ki, o, yəqin ki, sağdır, amma vəziyyəti çox pisdir", - Tramp deyib.

Martın 12-də The Sun qəzeti Tehrandakı mənbəyə istinadən  Müctəba Xameneinin hava hücumunda ağır yaralandığını və hazırda komada olduğunu bildirib. Qəzetin məlumatına görə, İranın ali lideri bir və ya hər iki ayağını itirib. Onun həmçinin qaraciyəri və mədəsi zədələnib. The Sun qəzeti Müctəba Xameneinin Tehranın tarixi rayonundakı Sina xəstəxanasının reanimasiya şöbəsində olduğunu dəqiqləşdirib. Nəşrin iddiasına görə, binanın bir hissəsi mühasirəyə alınıb və ciddi şəkildə mühafizə olunub.

İki gün sonra İranın xarici işlər naziri Abbas Əraqçi Müctəba Xameneinin ağır yaralanması ilə bağlı xəbərləri təkzib etdi . O, Ali Liderin öz vəzifələrini yerinə yetirdiyini və yaxşı olduğunu söyləyib.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Dünya 23:07
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Dünya 21:29
Ərdoğan Ankarada Tokayevlə görüşüb
İspaniyada üçgünlük matəm elan olunub
Dünya 18:26
İspaniyada üçgünlük matəm elan olunub
Niderland Ukraynaya 1,2 milyard avro yardım ayıracaq
Dünya 18:04
Niderland Ukraynaya 1,2 milyard avro yardım ayıracaq
İspaniyada sürət qatarları toqquşdu -46 ölü
Dünya 14:44
İspaniyada sürət qatarları toqquşdu -46 ölü

Belqradda İsrail səfirliyinə hücum olub, təhlükəsizlik əməkdaşı yaralanıb
Dünya 11:05
Belqradda İsrail səfirliyinə hücum olub, təhlükəsizlik əməkdaşı yaralanıb

Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək
Dünya 10:15
Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək
Səslər sayıldıqca Netanyahunun bloku önə keçir
Dünya 09:28
Səslər sayıldıqca Netanyahunun bloku önə keçir
Bolsonaru məhkəmə qadağasına baxmayaraq Braziliyanı tərk edib
Dünya 22:30
Bolsonaru məhkəmə qadağasına baxmayaraq Braziliyanı tərk edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol