• $
  • £

Deputatlar Belçika və Niderland qətnamələrini rədd edir

Deputatlar Belçika və Niderland qətnamələrini rədd edir
21.04.2026 11:46

Milli Məclisin deputatları Belçika və Niderland parlamentlərinin qəbul etdiyi qətnamələri qərəzli adlandıraraq kəskin şəkildə rədd ediblər.

Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, sənədlərdə Azərbaycan-Ermənistan münasibətlərində müsbət dinamika nəzərə alınmayıb və bu, “açıq qərəzin göstəricisidir”.

Digər deputat Zaur Şükürov qətnamələri “qəbuledilməz” adlandıraraq parlament səviyyəsində etiraz edildiyini qeyd edib.

Elçin Mirzəbəyli Niderlandla parlamentlərarası işçi qrupunun fəaliyyətinin dayandırılmasını təklif edib.

Elman Nəsirov isə bu addımları Azərbaycan-Ermənistan sülh prosesinə zərbə kimi qiymətləndirib.

Parlament üzvü Erkin Qədirli bildirib ki, sənədlərdə saxlanılan erməni əsilli şəxslərlə bağlı yanaşmalar ziddiyyətlidir və onları “müharibə törətmiş şəxslər” kimi xarakterizə edib.

Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Belçika və Niderlandın Azərbaycandakı səfirlərini -Julyen de Frepon və Marian de Jonq -nazirliyə çağıraraq sənədlərə qarşı rəsmi etirazını çatdırıb. XİN bu qətnamələri Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə zidd, həmçinin sülh prosesinə maneə kimi qiymətləndirib.

Belçika və Niderland parlamentlərinin 16 aprel tarixli sənədlərində Azərbaycana qarşı bir sıra tələblər və ittihamlar yer alıb. Belçika parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycan Ermənistanla paraflanmış sülh sazişini imzalamağa çağırılır, Bakıda saxlanılan erməni məhbusların “ədalətli və şəffaf məhkəmə” hüququnun təmin olunması istənilir və Azərbaycanın Ermənistanın suveren ərazilərindən hərbi qüvvələrini çıxarması tələb olunur.


Sənəddə, həmçinin, Belçika hökumətinə Ermənistanla münasibətləri dərinləşdirmək, Aİ-nin Ermənistandakı missiyasını gücləndirmək və Yerevanda keçiriləcək beynəlxalq platformalardan istifadə edərək Ermənistan-Azərbaycan sülh prosesinə təsir göstərmək tövsiyə olunur.


Niderland parlamentinin qəbul etdiyi 3384 saylı motionda isə Azərbaycanda saxlanılan erməni hərbi əsirləri və qondarma rejimin rəhbərlərinin azad olunması üçün hökumətin Aİ çərçivəsində addımlar atması tələb edilir. Digər, 3385 saylı motionda isə Ermənistan-Azərbaycan sülh danışıqları ilə Niderlandın “erməni soyqırımı” və Sayfo məsələsində mövqeyi arasında əlaqə olmamalı olduğu vurğulanır.

Gülnar Nazimqızı 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
MEDİA:İsrail-İran müharibəsində Azərbaycan ərazisindən istifadə ilə bağlı iddialar   manipulyasiyadır
Siyasət 20:14
MEDİA:İsrail-İran müharibəsində Azərbaycan ərazisindən istifadə ilə bağlı iddialar manipulyasiyadır
Aİ və AYİB Gəncədə su təminatı üzrə yeni mərhələyə başlayır - Viktor Bojkov
Siyasət 18:03
Aİ və AYİB Gəncədə su təminatı üzrə yeni mərhələyə başlayır - Viktor Bojkov
Aİ Naxçıvan dəmir yolunun bərpasını ən böyük investisiya layihələrindən biri hesab edir
Siyasət 17:30
Aİ Naxçıvan dəmir yolunun bərpasını ən böyük investisiya layihələrindən biri hesab edir
Aİ Qarabağda kənd təsərrüfatı, səhiyyə və şəhər inkişafı layihələrini dəstəkləyir- Aİ nümayəndəsi
Siyasət 17:27
Aİ Qarabağda kənd təsərrüfatı, səhiyyə və şəhər inkişafı layihələrini dəstəkləyir- Aİ nümayəndəsi
Küveyt Əmiri İlham Əliyevi təbrik edib
Siyasət 17:27
Küveyt Əmiri İlham Əliyevi təbrik edib
“Azərbaycan və Aİ arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar davam edir-Viktor Bojkov
Siyasət 17:24
“Azərbaycan və Aİ arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar davam edir-Viktor Bojkov
"Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir"- XİN
Siyasət 15:06
"Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir"- XİN
Deputat: Trampın məktubu Azərbaycan-ABŞ münasibətlərində əməkdaşlığın göstəricisidir
Siyasət 11:21
Deputat: Trampın məktubu Azərbaycan-ABŞ münasibətlərində əməkdaşlığın göstəricisidir
Rusiya müdafiə nazirinin Bakıya səfəri gözlənilir
Siyasət 10:42
Rusiya müdafiə nazirinin Bakıya səfəri gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol