• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib

Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
01.05.2026 11:10

1 may tarixində Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-dən  verilən məlumata görə, görüşdə Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə ölkəmizə qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.

Sözügedən qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulanıb. Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsinin regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərinə mənfi təsir etdiyi vurğulanıb.

Qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddiaların tamamilə əsassız olduğu, bu kimi çağırışların Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıdığı bildirilib. 2023-cü ildə Azərbaycan Konstitusiyasına uyğun olaraq təqdim edilmiş reinteqrasiya planına baxmayaraq, erməni sakinlərin regionu könüllü əsasda tərk etdiyi, bunun əksini iddia edən bəyanatların yanlış olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, “müharibə əsirləri” kimi təqdim edilən erməni əsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışların da hüquqi baxımdan qəbuledilməz olduğu görüşdə qeyd edilib. Azərbaycan tərəfinin humanist yanaşma nümayiş etdirərək bir çox məhbusları azad etdiyi, etimad quruculuğu istiqamətində addımlar atdığı, barələrində məhkəmə hökmü çıxarılmış şəxslərin isə terrorçuluq, təxribat və hərbi cinayətlər daxil olmaqla bir sıra ağır cinayətlər törətmiş şəxslər olduğu xatırlanıb.

“Mədəni və dini irsin məhv edilməsi” ilə bağlı iddiaların tamamilə əsassız və qəbuledilməz olduğu vurğulanıb. Bununla yanaşı, işğal dövründə Azərbaycanın mədəni və dini irsinin genişmiqyaslı şəkildə dağıdılması və təhqir olunması faktlarına Avropa institutları tərəfindən önəm verilmədiyi diqqətə çatdırılıb.

Görüşdə, Avropa İttifaqı tərəfi Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, eləcə də regionda sülh və normallaşma prosesinə zərər vuran bu kimi addımların qarşısını almağa çağırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol