• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
05.05.2026 20:04

Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Görüşdə tərəflər əvvəlki təmasları xatırlayaraq, 2025-ci ildə keçirilmiş danışıqlar zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılan müzakirələri qeyd ediblər. 

Kallas Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın salamlarını çatdırıb, Əliyev isə təşəkkür edərək qarşılıqlı salamlarını göndərib. 

Tərəflər Azərbaycan–Aİ münasibətlərinin strateji xarakter daşıdığını vurğulayıb, Bakının enerji sahəsində etibarlı tərəfdaş olduğu qeyd olunub. Əliyev bildirib ki, Azərbaycan qazı son vaxtlar Aİ-nin daha iki üzvü – Almaniya və Avstriyaya çatdırılıb. 

Görüşdə enerji, nəqliyyat, təhlükəsizlik və ticarət sahələrində əməkdaşlıq perspektivləri, həmçinin rəqəmsal transformasiya, süni intellekt və bərpaolunan enerji istiqamətləri müzakirə olunub. 

Tərəflər həmçinin Azərbaycan–Ermənistan sülh prosesinə toxunaraq, Bakının sülh gündəliyi çərçivəsində atdığı addımları qeyd ediblər. Bildirilib ki, Azərbaycan Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırıb. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol