• $
  • €
  • ₽
  • ₺
  • £

Keşm adası və Bəndər-Abbas limanında partlayış səsləri eşidilib - Yenilənib

Keşm adası və Bəndər-Abbas limanında partlayış səsləri eşidilib - Yenilənib
07.05.2026 23:46

İranın Bəndər-Abbas limanı və Keşm adası yaxınlığında baş verən partlayışlarla İsrailin əlaqəsi yoxdur.Bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, İsraildən olan mənbə "i24NEWS" telekanalına açıqlamasında Təl-Əvivin İranda baş verən hadisələrlə əlaqəsinin olmadığını bildirib.

Eyni zamanda, bəzi mənbələr partlayışların baş verdiyi ərazinin Birləşmiş Ərəb Əmirliklərinin qırıcıları tərəfindən vurulduğunu iddia edib. Lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.

Hadisənin səbəbləri və irəli sürülən iddialarla bağlı araşdırmalar davam edir.

***

İranın Keşm adası və Bəndər-Abbas limanının ərazisində bir neçə partlayış səsi eşidilib.Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, partlayışların səbəbi hələlik məlum deyil. Bəzi mənbələr səslərin İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazından qanunsuz keçidlərlə bağlı həyata keçirdiyi əməliyyatlarla əlaqədar ola biləcəyini qeyd edib.

Məlumatların dəqiqləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib
Dünya 09:21
Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Dünya 22:35
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Dünya 21:07
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Dünya 18:24
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol