• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Anım Günüdür

Azərbaycanda Anım Günüdür
27.09.2026 00:00

Bu gün Azərbaycanda 27 Sentyabr – Anım Günüdür.Vətən müharibəsinin başlamasından 6 il ötür.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi 44 gün davam edib və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnib. Həmin tarix Azərbaycan tarixində həm müharibənin başlanğıcı, həm də şəhidlərin xatirəsinin ehtiramla yad edildiyi gün kimi xüsusi yer tutur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər il sentyabrın 27-si ölkədə Anım Günü elan edilib. Bu gün Vətən müharibəsində həyatını itirən hərbçilərin və mülki şəxslərin xatirəsinə ehtiram ifadə olunur.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə hücumlarından sonra genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. 44 gün davam edən müharibə noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla başa çatıb.

Müharibənin gedişində Azərbaycan Ordusu bir sıra şəhər, rayon və kəndləri nəzarətə götürüb. Noyabrın 8-də Şuşanın azad edilməsi elan olunub. Ardınca noyabrın 10-da üçtərəfli bəyanat imzalanıb.

Anım Günü yalnız müharibənin tarixini xatırlamaq deyil, həm də Vətən müharibəsində həyatını itirən insanların xatirəsinə ehtiram göstərmək üçün təsis olunub. Bu çərçivədə hər il ölkənin müxtəlif bölgələrində, eləcə də xaricdə anım tədbirləri keçirilir.Azərbaycanın şəhər və rayonlarında şəhidlərin məzarları, memorial komplekslər və Şəhidlər xiyabanları ziyarət edilir, onların xatirəsi ehtiramla yad olunur.

Bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol