• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub

İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub
12.05.2026 19:06

Azərbaycan Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.Bu barədə Azərbaycan Prezidentinin “X” hesabında məlumat paylaşılıb.

Tərəflər Azərbaycan ilə Pakistan arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini bir daha təsdiqləyib, enerji, ticarət və insanlararası əlaqələr də daxil olmaqla bir sıra sahələrdə əməkdaşlığın genişlənməsini müsbət qiymətləndiriblər. 

Şahbaz Şərif Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətini vurğulayaraq, Azərbaycanın qlobal şəhərsalma gündəliyinə töhfəsini qeyd edib. İlham Əliyev isə forumun şəhərsalma sahəsində aparıcı beynəlxalq platformalardan biri olduğunu bildirib.

Pakistanın baş naziri təxirəsalınmaz işləri ilə əlaqədar forumda iştirak edə bilməyəcəyini, lakin ölkəsinin tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib.

Tərəflər regional proseslər, xüsusilə Yaxın Şərqdəki vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. İlham Əliyev Pakistanın vasitəçilik təşəbbüslərini və gərginliyin azaldılması istiqamətində səylərini yüksək qiymətləndirib.

Liderlər əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər. Şahbaz Şərif İlham Əliyevi Pakistana səfərə dəvət edib, Azərbaycan Prezidenti dəvəti qəbul edib. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol