• $
  • €
  • ₽
  • ₺
  • £

Xankəndinin əhalisinin 80 min nəfərə çatdırılması planlaşdırılır -xüsusi nümayəndə

Xankəndinin əhalisinin 80 min nəfərə çatdırılması planlaşdırılır -xüsusi nümayəndə
13.05.2026 15:00

Xankəndi təxminən 80 min nəfər əhalisi olan Qarabağın aparıcı şəhərlərindən birinə çevriləcək. Bunu Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov bildirib.

Yusubov bu barədə Xankəndidə keçirilən Milli Biznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Xankəndinin baş planı üzərində iş yaxın vaxtlarda tamamlanacaq və ictimaiyyətə təqdim olunacaq.


“Hazırda şəhərin inkişaf strategiyası Qərb şirkətlərinin iştirakı ilə hazırlanır. Əsas istiqamətlərdən biri Xankəndinin ‘gənclər şəhəri’ konsepsiyası əsasında inkişaf etdirilməsidir”, – Yusubov bildirib.

O qeyd edib ki, təhsil və sosial infrastrukturun inkişafı prioritetlər sırasındadır. Qarabağ Universiteti üçün geniş ərazilər ayrılıb, tələbələr üçün müasir şəraitin yaradılması nəzərdə tutulur.

Yusubovun sözlərinə görə, tələbə və müəllim heyəti gələcəkdə şəhər əhalisinin təxminən 12-15%-ni təşkil edəcək.

“Xankəndi müasir şəhər simasına bürünəcək və həyata keçirilən layihələr şəhərin qısa müddətdə dayanıqlı inkişafını təmin edəcək”, – xüsusi nümayəndə deyib.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol