• $
  • €
  • ₽
  • ₺
  • £

BMT rəsmisi Qlobal Cənub Platformasının NAM-la əməkdaşlığını təklif edib

BMT rəsmisi Qlobal Cənub Platformasının NAM-la əməkdaşlığını təklif edib
14.05.2026 11:17

Qlobal Cənub Platformasının Qoşulmama Hərəkatının (NAM) qeyri-hökumət təşkilatları şəbəkəsinə çevrilməsi imkanları nəzərdən keçirilməlidir. Bunu Luis Qalyeqos Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.

Onun sözlərinə görə, dünya çoxşaxəli böhran dövründən keçir və siyasi, iqtisadi, ticarət və sosial qarşıdurmalar milyonlarla insanın rifahına mənfi təsir göstərir.

“Yalnız müharibələr insanları öldürmür. İqtisadi baryerlər də xalqların rifahını zəiflədir, aclıq və ümidsizlik yaradır,”- Qalyeqos bildirib.


O qeyd edib ki, süni intellekt və yeni texnologiyalar bəşəriyyətin rifahı naminə istifadə olunmalı, onların yaratdığı risklərin qarşısını almaq üçün beynəlxalq qaydalara əsaslanan sistem formalaşdırılmalıdır.

Qalyeqos bildirib ki, Qoşulmama Hərəkatı tarixən ölkələrin qlobal platformalarda qarşıdurmadan uzaq, ortaq mövqedən çıxış etməsi üçün yaradılıb və bu gün də sülh, insan hüquqları və rifah naminə vacib platforma olaraq qalır.

O, Qlobal Cənub Platformasının gələcəkdə NAM çərçivəsində QHT şəbəkəsi kimi fəaliyyət göstərməsi imkanlarının araşdırılmasını təklif edib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol