• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib

İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib
17.05.2026 11:35

Mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev qazaxıstanlı həmkarını ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, dövlət fəaliyyətində uğurlar, Qazaxıstan xalqına isə rifah və tərəqqi arzulayıb.

Kasım-Jomart Tokayev göstərilən diqqətə və səmimi təbriklərə görə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycan və Qazaxıstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə edilib.

Tərəflər həmçinin mayın 15-də Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü xatırlayıb, tədbirin Türk dünyasında həmrəyliyin və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol