• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda beş ildə 70 km tunel, 435 körpü tikilib - Əliyev

Qarabağda beş ildə 70 km tunel, 435 körpü tikilib - Əliyev
18.05.2026 13:10

Hazırda hökumətin əsas vəzifəsi 30 il Ermənistanın işğalı altında olmuş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, işğal dövründə region tamamilə dağıdılıb və viran qoyulub.

Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər və xarici qonaqlar Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar.

“Şəhər tamamilə yerlə-yeksan edilib. Xirosimadan fərqli olaraq bu, bir gün ərzində atom bombası nəticəsində deyil, 30 illik işğal dövründə binaların, tarixi abidələrin və yaşayış evlərinin mərhələli şəkildə sökülməsi və məhv edilməsi nəticəsində baş verib”, - Əliyev bildirib.

Prezident əlavə edib ki, hazırda “Böyük Qayıdış” proqramı icra olunur, şəhər və kəndlərin baş planları hazırlanıb.

Onun sözlərinə görə, son beş ildə Qarabağ və Şərqi Zəngəzurda 70 kilometr tunel tikilib, daha 5 kilometr tunelin inşası davam edir. Həmçinin 500 körpüdən 435-i artıq inşa olunub.

Əliyev bildirib ki, bölgədə elektrik stansiyaları, su anbarları, su təchizatı sistemləri, yaşayış evləri, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı və dəmir yolları da tikilib.

“Bütün bunlar cəmi beş il ərzində həyata keçirilib”, - prezident vurğulayıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol