• $
  • £

Prezident Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib - Yenilənib

Prezident Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib - Yenilənib
28.05.2026 13:27

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib.

Müəssisənin təsisçisi Hikmət Əsədov prezidentə istehsal prosesi barədə məlumat verib.

Bildirilib ki, müəssisədə müxtəlif təyinatlı dörd növdə iş əlcəyi istehsal olunacaq. İllik istehsal gücü 25 milyon cüt təşkil edən müəssisənin məhsulları ilkin mərhələdə daxili bazara yönəldiləcək, gələcəkdə isə Avropa bazarına ixrac nəzərdə tutulur.

Layihənin investisiya dəyəri 3,5 milyon manatdır. Müəssisədə 35 nəfərin işlə təmin olunacağı bildirilib.

Layihəyə dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1 milyon manat güzəştli kredit ayrılıb. Həmçinin investisiya təşviqi sənədi əsasında idxal edilən avadanlıqlara görə 238 min manat məbləğində ƏDV güzəşti tətbiq olunub.

Hakimiyyət nümayəndələri müəssisənin Xankəndidə yüngül sənaye sektorunun inkişafına və məşğulluğun artırılmasına töhfə verəcəyini bildiriblər.

***

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib.

Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına görülmüş işlər barədə məlumat verib.

Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində tikilib. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı.

Aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Mədəniyyət Mərkəzində müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə, turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. Üçmərtəbəli binada akt və kino zalları, müxtəlif sahələrə aid dərnəklərin yerləşdiyi çoxfunksiyalı zona, qrim otaqları, bufet, kassa və suvenir mağazası var. Mərkəzin 348 yerlik zalında konsert, tamaşa, film nümayişi, təqdimat, rəsmi görüş və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq.

Yenidənqurma işlərindən sonra bu mərkəz əhalisi artan, o cümlədən tələbələrlə dolu Xankəndinin mədəni mühitinin canlandırılmasında mühüm rol oynayacaq, kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə digər sahələrlə yanaşı, mədəni abidələrin bərpasına da xüsusi diqqət yetirilir. Bu, ilk növbədə zəngin mədəni irsin qorunmasına Azərbaycan dövlətinin böyük əhəmiyyət verdiyini göstərir. Eyni zamanda, bu cür layihələrin icrası ümumilikdə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin həcmini nümayiş etdirir.

***

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi yaşayış evləri və infrastrukturun bərpası ilə bağlı görülən işlərlə tanış olub, kəndə qayıdan sakinlərlə görüşüb.

Dövlət başçısına görülən işlər barədə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.

Böyük Qaladərəsi kəndi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçib, 2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində azad olunub.

Rəsmi məlumata görə, kənddə yaşayış və sosial infrastrukturun bərpası istiqamətində bir sıra layihələr həyata keçirilib. Elektrik xətləri yenilənib, transformator quraşdırılıb, qaz xətti çəkilib, içməli su və rabitə infrastrukturu üzrə işlər görülüb. Kənddaxili yollar abadlaşdırılıb, park və Bayraq meydanı salınıb.

Kənddə ümumilikdə 50 fərdi ev mövcuddur. Onlardan 37-si qismən yararlı, 13-ü isə yararsız vəziyyətdədir. Birinci mərhələdə 17 ev bərpa olunub, növbəti mərhələdə daha 20 evin təmiri nəzərdə tutulur.

İlkin mərhələdə kəndə 14 ailə olmaqla 64 nəfər köçürülüb.

Daha sonra Prezident İlham Əliyev kəndə qayıdan sakinlərlə görüşüb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Xocalıda "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib - Yenilənib
Siyasət 14:15
Xocalıda "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib - Yenilənib
Prezident Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib - Yenilənib
Siyasət 13:27
Prezident Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib - Yenilənib
Prezident Efiopiya Baş nazirinə təbrik ünvanlayıb
Siyasət 11:56
Prezident Efiopiya Baş nazirinə təbrik ünvanlayıb
XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 23:55
XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub
Siyasət 22:24
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub
Zelenski Əliyevi təbrik edib
Siyasət 20:15
Zelenski Əliyevi təbrik edib
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Siyasət 09:53
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Ceyhun Bayramov Nyu-Yorkda Kuba və çexiyalı həmkarları ilə görüşüb
Siyasət 21:49
Ceyhun Bayramov Nyu-Yorkda Kuba və çexiyalı həmkarları ilə görüşüb
İlham Əliyev və Pezeşkian arasında telefon danışığı olub
Siyasət 19:27
İlham Əliyev və Pezeşkian arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol