• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp: Regional enerji inteqrasiyası Azərbaycan-Ermənistan sülh prosesinin əsas sütunlarından biridir

Tramp: Regional enerji inteqrasiyası Azərbaycan-Ermənistan sülh prosesinin əsas sütunlarından biridir
01.06.2026 10:07

ABŞ Prezidenti Donald Tramp Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, regional enerji inteqrasiyası Azərbaycan və Ermənistan arasında sülh prosesinin əsas elementlərindən biridir.

Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub Bakı Enerji Həftəsinin açılış mərasimində ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Kaleb Orr tərəfindən oxunub.

“Biz Ağ Evdə görüşərək Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olanda gələcək yol xəritəsini müəyyən etdik. Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunlarından biridir”, - məktubda deyilir.

ABŞ prezidenti administrasiyasının iyun ayında bu mövzuda məhsuldar müzakirələr aparmağa hazır olduğunu bildirib.

“Birlikdə sülhü irəli aparacaq, rifahı gücləndirəcək və regionunuz, eləcə də dünya üçün daha təhlükəsiz gələcək quracağıq”, - Tramp qeyd edib.

Tramp Azərbaycanı 31-ci Bakı Enerji Həftəsinin keçirilməsi münasibətilə təbrik edib və tədbiri Azərbaycanın enerji təhlükəsizliyi sahəsində liderliyinin göstəricisi adlandırıb.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan karbohidrogen sektorunda uzunmüddətli əməkdaşlıq tarixinə malikdir və hər iki ölkə əlçatan və bol enerji təminatına sadiqdir.

“ABŞ Azərbaycanın neft-qaz sənayesinin güclü tərəfdarı olub və mən qlobal enerji təhlükəsizliyi sahəsində təməl tərəfdaşlığımızın gələcək illərdə daha da əhəmiyyətli olacağına qəti şəkildə inanıram”, - məktubda vurğulanıb.

Tramp məktubunun sonunda Bakı Enerji Həftəsinin uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı şəhərinin Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakı şəhərinin Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol