• $
  • £

AÇG yatağında hasilat 4,6 milyard barreli ötüb, 200-dən çox aktiv quyu fəaliyyət göstərir

AÇG yatağında hasilat 4,6 milyard barreli ötüb, 200-dən çox aktiv quyu fəaliyyət göstərir
03.06.2026 10:38

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağından bu günədək  4,6 milyard barreldən çox neft hasil edilib. Bunu  Yatağın idarə olunması mühəndisi Gülüstan Kərimova bildirib

O bildirib ki,  AÇG mürəkkəb geoloji quruluşa malik məhsuldar laylardan ibarətdir. İlkin mərhələdə hasilat əsasən Fasilə layından təmin olunub, sonrakı mərhələlərdə isə Balaxanı layı da işlənməyə cəlb edilib.

"Hazırda yataqda 7 stasionar dəniz platforması və 3 sualtı suvurma kollektoru fəaliyyət göstərir. AÇG-də neft hasilatına 1997-ci ildə başlanılıb. Layihənin ən yeni obyekti olan Azəri-Mərkəzi-Şərqi (ACE) platforması isə 2024-cü ildə istismara verilib. Yataqda lay təzyiqinin sabit saxlanılması və neftvermə əmsalının maksimuma çatdırılması məqsədilə su və qazın laylara vurulması texnologiyasından istifadə olunur. Hazırda AÇG üzrə 200-dən çox aktiv quyu fəaliyyət göstərir. Ümumilikdə isə yataqda 400-dən artıq quyu qazılıb",- o bildirib

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər
İqtisadiyyat 17:14
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər

Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
İqtisadiyyat 14:43
Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
İqtisadiyyat 14:03
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar

ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İqtisadiyyat 13:19
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb


Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
İqtisadiyyat 11:58
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb


Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:27
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
SOCAR insan kapitalının inkişafına yatırımları artırır
İqtisadiyyat 10:01
SOCAR insan kapitalının inkişafına yatırımları artırır


Neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:20
Neftin qiyməti ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:13
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol