• $
  • £

Ötən il yükdaşımaların həcmi 7 milyon tonu keçib - AYNA rəsmisi

Ötən il yükdaşımaların həcmi 7 milyon tonu keçib - AYNA rəsmisi
03.06.2026 11:37

2025-ci ildə  ölkə ərazisindən avtomobil nəqliyyatı ilə daşınan tranzit yüklərin həcmi  7 milyon tondan çox olub.Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yükdaşımalar Departamentinin direktoru Sübhan Abılov Bakıda keçirilən Translogistika Xəzər Forumunda çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəyə mühüm tranzit üstünlüyü qazandırır. Lakin bu potensialdan səmərəli istifadə üçün infrastrukturun inkişafı və zəruri islahatların aparılması əsas şərtdir.


Abılov qeyd edib ki, son illərdə görülən tədbirlər nəticəsində avtomobil nəqliyyatı ilə tranzit yükdaşımalarının həcmində əhəmiyyətli artım qeydə alınıb.


“2020-ci ildə ölkə ərazisindən avtomobil nəqliyyatı ilə daşınan tranzit yüklərin həcmi 1,5 milyon ton təşkil edirdisə, 2024 və 2025-ci illərdə bu göstərici ayrı-ayrılıqda 7 milyon tondan çox olub”, – o bildirib.


Abılov vurğulayıb ki, Azərbaycan yalnız tranzit ölkə kimi deyil, həm də beynəlxalq yükdaşımalarında fəal iştirak edən daşıyıcı ölkə kimi çıxış edir.


“Azərbaycan daşıyıcıları Monqolustan və Çindən başlayaraq Böyük Britaniyaya qədər uzanan 50-yə yaxın ölkədə beynəlxalq yükdaşımalarını həyata keçirmək imkanına malikdir”, – departament direktoru deyib.


O əlavə edib ki, milli daşıyıcılar beynəlxalq standartlara uyğun fəaliyyət göstərir və Avropa Nəqliyyat Nazirləri Konfransına üzv ölkələr üçün müəyyən edilmiş keyfiyyət tələblərinə riayət etməklə daşımalar həyata keçirirlər.


Abılov rəqəmsallaşma sahəsində də mühüm işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, yükdaşımalar sahəsində göstərilən xidmətlər elektronlaşdırılıb ki, bu da proseslərin şəffaflığının artırılmasına, xidmətlərin daha operativ göstərilməsinə və beynəlxalq daşımaların səmərəliliyinin yüksəldilməsinə imkan verir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər
İqtisadiyyat 17:14
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər

Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
İqtisadiyyat 14:43
Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
İqtisadiyyat 14:03
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar

ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İqtisadiyyat 13:19
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb


Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
İqtisadiyyat 11:58
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb


Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:27
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
SOCAR insan kapitalının inkişafına yatırımları artırır
İqtisadiyyat 10:01
SOCAR insan kapitalının inkişafına yatırımları artırır


Neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:20
Neftin qiyməti ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:13
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol