• $
  • £

Orta Dəhliz üzrə hələlik prosesdən kənarda qalan tərəf Gürcüstandır

Orta Dəhliz üzrə hələlik prosesdən kənarda qalan tərəf Gürcüstandır
03.06.2026 12:57

Azərbaycanın Rəqəmsal Logistika Platforması tranzit daşımalar zamanı məlumat mübadiləsinin sürətləndirilməsinə və yüklərin stansiyalarda gözləmə müddətinin azaldılmasına imkan verəcək. Bunu Rəqəmsal Logistika Platforması layihəsinin rəhbəri Ehtiram Quliyev TransLogistica Caspian Forumunda çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, layihə ilkin mərhələdə ixrac əməliyyatlarına fokuslansa da, hazırda tranzit daşımalar üzrə araşdırmalar aparılır.


Quliyev bildirib ki, tranzit yüklər Azərbaycan ərazisindən dəmir yolu ilə keçərkən ayrıca tranzit bəyannaməsi təqdim edilmir, lakin yükə dair məlumatlar elektron qaydada gömrük və digər informasiya sistemlərinə ötürülür.


“Hazırda bu proses birbaşa stansiyalarda həyata keçirilir. Yük platformaya çatdıqdan sonra sənədlər təqdim olunur və məlumatlar əl ilə sistemlərə daxil edilir. Rəqəmsal logistika platforması isə bu manual əməliyyatların həcmini azaltmağa imkan verəcək”, - Quliyev deyib.


Onun sözlərinə görə, Orta Dəhlizlə Çindən gələn yüklər əsasən Qazaxıstan ərazisindən keçdiyi üçün Azərbaycan tərəfi beynəlxalq inteqrasiyaları prioritet istiqamət kimi müəyyən edib.


“Əgər Çindən daxil olan yüklər barədə məlumatları əvvəlcədən rəqəmsal formada əldə etsək, stansiyalarda əl ilə görülən işlər azalacaq. Hazırda qatarların stansiyalarda qalma müddəti yükün həcmindən asılı olaraq 6-10 saata qədər uzana bilir. Bu müddətin hətta bir saat azaldılması belə böyük dəyər yarada bilər”, - layihə rəhbəri bildirib.


Quliyev qeyd edib ki, hazırda Çinlə danışıqlar aparılır. Onun sözlərinə görə, artıq rol idarəetmə modeli formalaşdırılıb və Qazaxıstan tərəfinə təqdim olunub.


“Şimal–Cənub dəhlizi üzrə bu proses Rusiya ilə Siemens çərçivəsində artıq başlanılıb və hökumətlərarası razılaşma əsasında həyata keçirilir. Qazaxıstanla yanaşı, Türkiyə də prosesə qoşulub. Orta Dəhliz üzrə hələlik prosesdən kənarda qalan tərəf Gürcüstandır. Onun da yaxın zamanda təşəbbüsə qoşulması nəzərdə tutulur”, - Quliyev əlavə edib.


O bildirib ki, bu inteqrasiyalar nəticəsində Orta Dəhlizdə rəqəmsal logistikanın tam təmin olunması üçün əsas baza formalaşdırılacaq.


Quliyevin sözlərinə görə, Rəqəmsal Logistika Platforması və “Bir pəncərə” informasiya sistemi ölkə prezidentinin müvafiq fərmanından irəli gələn hədəflərə uyğun olaraq Azərbaycanın regionda nəqliyyat qovşağı və “gateway” rolunun gücləndirilməsinə xidmət edir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycanda taxıl sahələrinin 92 %-də biçin yekunlaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda taxıl sahələrinin 92 %-də biçin yekunlaşıb

Ehtiyat fondlarından ayrılan vəsaitin məbləği açıqlanıb
İqtisadiyyat 12:36
Ehtiyat fondlarından ayrılan vəsaitin məbləği açıqlanıb
6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb
İqtisadiyyat 11:42
6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb

Azərbaycanın daxili dövlət borcu 7% azalıb
İqtisadiyyat 11:40
Azərbaycanın daxili dövlət borcu 7% azalıb
Azərbaycan dövlət büdcəsinin xərclərinin yarıdan çoxu sosialyönlü sahələrə yönəlib
İqtisadiyyat 10:59
Azərbaycan dövlət büdcəsinin xərclərinin yarıdan çoxu sosialyönlü sahələrə yönəlib
Bank Respublika və EFSE arasında imzalanan yeni saziş biznes üçün yeni imkanlar yaradacaq
İqtisadiyyat 10:58
Bank Respublika və EFSE arasında imzalanan yeni saziş biznes üçün yeni imkanlar yaradacaq
Dövlət büdcəsi ilk yarımili 2,4 milyard manat profisitlə başa vurub
İqtisadiyyat 10:56
Dövlət büdcəsi ilk yarımili 2,4 milyard manat profisitlə başa vurub
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
İqtisadiyyat 10:53
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:43
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol