• $
  • £

2027-ci ilin sonunadək Azərbaycanda 250 meqavatlıq külək stansiyası istifadəyə veriləcək

2027-ci ilin sonunadək Azərbaycanda 250 meqavatlıq külək stansiyası istifadəyə veriləcək
03.06.2026 13:25

2027-ci ilin sonunadək ümumi gücü 250 meqavatt olan yeni külək elektrik stansiyasının istismara verilməsi nəzərdə tutulur. Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətov bildirib.

Agentlik rəsmisinin bildirdiyinə görə, əsas prioritet ölkənin günəş enerji potensialının inkişafıdır. Bu çərçivədə “Qaradağ”, “Şəfəq”, “Üfüq”, “Şəms” və digər günəş elektrik stansiyalarının da 2027-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

O Qeyd edib ki, imzalanmış investisiya müqavilələri əsasında 2026-cı ilin sonunadək ən azı dörd enerji stansiyasının istismara verilməsi hədəflənir. Bunlara 445 meqavat gücündə böyük günəş elektrik stansiyası və hərrac mexanizmi əsasında bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılan “Qobustan” Günəş Elektrik Stansiyası daxildir.

Bundan başqa, hər biri 25 meqavatt gücündə olan “Şams-1” və “Nobel Energy” günəş elektrik stansiyalarının da aktiv yaşıl enerji zonasında inşa edildiyi qeyd olunub. “Şams-1” layihəsi yerli investorların iştirakı ilə Azərbaycan Yaşıl Enerji Şirkəti tərəfindən həyata keçirilir.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər
İqtisadiyyat 17:14
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər

Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
İqtisadiyyat 14:43
Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
İqtisadiyyat 14:03
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar

ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İqtisadiyyat 13:19
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb


Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
İqtisadiyyat 11:58
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb


Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:27
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
SOCAR insan kapitalının inkişafına yatırımları artırır
İqtisadiyyat 10:01
SOCAR insan kapitalının inkişafına yatırımları artırır


Neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:20
Neftin qiyməti ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:13
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol