• $
  • £

ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi

ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
19.06.2026 09:55

Vətəndaşlar üçün yeni investisiya və qazanc imkanları yaradan ABB istiqrazlarına abunə yazılışının 3-cü mərhələsi də uğurla başa çatıb. Hər biri 5 milyon manat həcmində olan 1 illik və 2 illik istiqraz buraxılışları investorların yüksək marağı ilə qarşılanıb. Hər iki buraxılış üzrə sifarişlərin ümumi həcmi 19 846 100 manat təşkil edib. Bu da təklif olunan ümumi emissiya həcmindən təxminən 2 dəfə çoxdur.

İllik 9% gəlirlilik təklif edən 1 illik istiqraz buraxılışı üzrə sifarişlərin ümumi həcmi 9 087 900 manat olub. Bu buraxılış üzrə abunə yazılışında 227 investor iştirak edib, 428 sifariş təqdim olunub və onlardan 425-i icra edilib. Nəticədə 224 investorun sifarişi təmin olunub.

İllik 10% gəlirlilik təklif edən 2 illik istiqraz buraxılışı üzrə isə sifarişlərin ümumi həcmi 10 758 200 manat təşkil edib. Abunə yazılışında 181 investor iştirak edib, 398 sifariş təqdim olunub və onlardan 392-i icra edilib. Nəticədə 175 investorun sifarişi uğurla təmin olunub.

Nominal dəyəri 100 manat olan istiqrazlar hər buraxılış üzrə 50 min ədəd həcmində emissiya edilib. İstiqrazlar adlı, faizli, təmin edilməmiş və sənədsiz formada buraxılıb. İnvestorlara faiz ödənişləri hər ay həyata keçiriləcək. Fiziki şəxslər üçün istiqrazlardan əldə olunan faiz gəlirləri vergidən azaddır.

ABB istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif – abunə yazılışı üsulu ilə həyata keçirilib. Eyni zamanda, istiqrazların təkrar bazarda alqı-satqısı üçün də imkan yaradılıb.

ABB istiqrazları investorlara sabit və etibarlı gəlir əldə etmək imkanı təqdim etməklə yanaşı, ölkənin kapital bazarlarının inkişafına da mühüm töhfə verir.

ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyalarının qrafiki ilə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan olunduqca dəqiq tarixlər də həmin səhifədə paylaşılacaq.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri haqqında ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, eləcə də Bankın rəsmi sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər
İqtisadiyyat 17:14
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər

Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
İqtisadiyyat 14:43
Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
İqtisadiyyat 14:03
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar

ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İqtisadiyyat 13:19
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb


Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
İqtisadiyyat 11:58
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb


Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:27
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
SOCAR insan kapitalının inkişafına yatırımları artırır
İqtisadiyyat 10:01
SOCAR insan kapitalının inkişafına yatırımları artırır


Neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:20
Neftin qiyməti ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:13
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol