• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Medianın iqtisadi dayanıqlılığı üçün yeni biznes modellərinə keçid vacibdir

Deputat: Medianın iqtisadi dayanıqlılığı üçün yeni biznes modellərinə keçid vacibdir
19.06.2026 12:17

Müasir dövrdə media qurumlarının yalnız reklam gəlirləri hesabına fəaliyyət göstərməsi kifayət etmir. Bunu Milli Məclisdə çıxışı zamanı deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, reklam bazarında mövcud olan məhdud imkanlar və gəlirlərin qeyri-bərabər bölgüsü media qurumlarını alternativ maliyyə mənbələri axtarmağa vadar edir.

“Bu gün inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, müasir media yalnız reklam gəlirləri ilə yaşamır. Dünyanın aparıcı media qurumları podkastlar, sənədli filmlər, rəqəmsal platformalar üçün xüsusi məzmun, analitik hesabatlar, ödənişli abunə sistemləri, təlim proqramları, tədbirlər, multimedia məhsulları və müxtəlif rəqəmsal xidmətlər istehsal etməklə gəlirlərini şaxələndirirlər”, – deputat bildirib.

Onun sözlərinə görə, məhz bu yanaşma media qurumlarının iqtisadi müstəqilliyini gücləndirir və onların uzunmüddətli dayanıqlığını təmin edir.

Razi Nurullayev qeyd edib ki, beynəlxalq təcrübədə aparıcı media təşkilatları gəlirlərinin əhəmiyyətli hissəsini rəqəmsal məhsullar və əlavə xidmətlər hesabına formalaşdırır.

Deputat hesab edir ki, media sahəsində nəzərdə tutulan yeni idarəetmə modelinin tətbiqi zamanı Media və Yayım Şurasının prioritet istiqamətlərindən biri də media qurumlarının iqtisadi potensialının gücləndirilməsi olmalıdır.

“Ölkənin bütün media subyektləri üçün beynəlxalq ekspertlərin iştirakı ilə sistemli təlimlər keçirilməli, media menecerlərinə yeni biznes modelləri, rəqəmsal məhsulların hazırlanması, süni intellekt texnologiyalarının tətbiqi, müəllif hüquqlarının kommersiyalaşdırılması və beynəlxalq bazarlara çıxış imkanları öyrədilməlidir”, – o vurğulayıb.

Deputatın sözlərinə görə, əsas məqsəd yalnız mediaya maliyyə dəstəyi göstərmək deyil, onun iqtisadi baxımdan dayanıqlı fəaliyyətini təmin etməkdir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol