• $
  • £

Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib

Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
21.06.2026 11:50

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan və İordaniya arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib, siyasi, iqtisadi, humanitar və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin mövcud olduğunu deyib.

Dövlət başçısı Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında İordaniya parlamenti sədrinin iştirakının ikitərəfli münasibətlərin inkişafına və qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini qeyd edib.

Mazen Torki Saud Əl-Qadi İordaniya Kralı II Abdullahın salamlarını Prezident İlham Əliyevə çatdırıb. Azərbaycan Prezidenti salamlara görə təşəkkür edib və öz növbəsində salamlarını İordaniya Kralına çatdırmağı xahiş edib, həmçinin onu Azərbaycana səfərə dəvət edib.

İordaniya parlamentinin sədri iki ölkə arasında münasibətlərin dövlət başçıları səviyyəsində siyasi iradə nəticəsində uğurla inkişaf etdiyini bildirib. O, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətini və Fələstin məsələsində mövqeyini yüksək qiymətləndirib.

Mazen Torki Saud Əl-Qadi, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası münasibətilə təbriklərini çatdıraraq, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərini qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın İslam həmrəyliyini daim dəstəklədiyini və Fələstin məsələsində paytaxtı Şərqi Qüds olmaqla iki dövlətli həll prinsipini müdafiə etdiyini bildirib.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib
Siyasət 11:58
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Azərbaycan və Kolumbiya arasında vizasız rejim barədə saziş imzalanıb
Siyasət 00:31
Azərbaycan və Kolumbiya arasında vizasız rejim barədə saziş imzalanıb
Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Siyasət 23:15
Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
Siyasət 23:07
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
Azərbaycanın İrandakı səfirliyi vətəndaşlara müraciət edib
Siyasət 22:15
Azərbaycanın İrandakı səfirliyi vətəndaşlara müraciət edib
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
Siyasət 21:05
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
Ərdoğan Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini ifadə edib
Siyasət 20:30
Ərdoğan Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini ifadə edib
Ceyhun Bayramov Ümumi Debatlarının rəsmi açılışında iştirak edib
Siyasət 18:37
Ceyhun Bayramov Ümumi Debatlarının rəsmi açılışında iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol