• $
  • £

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
22.06.2026 15:57

Ölkənin birinci bankı Kapital Bank-ın brendi olan Birbank Biznes-in rəsmi tərəfdaşlığı ilə keçirilən 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi yekunlaşıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə baş tutan sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini təqdim edib.

Bankın 7-ci dəfə dəstək olduğu sərgi yerli bizneslərin tanıdılması, yeni əməkdaşlıqların qurulması və bazara çıxış imkanlarının genişləndirilməsi baxımından ölkənin ən böyük biznes platformalarından biridir. Tədbir çərçivəsində keçirilən şirkətlərarası işgüzar görüşlər və dövlət qurumlarının nümayəndələri ilə təşkil olunan görüşlər iştirakçılara yeni əməkdaşlıqlar qurmaq, biznes əlaqələrini genişləndirmək və mövcud imkanlarla daha yaxından tanış olmaq imkanı yaradıb.

Sərginin yekunlarına münasibət bildirən Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə qeyd edib ki, sahibkarların inkişafı üçün maliyyə həlləri ilə yanaşı, onların yeni əlaqələr qurmasına, təcrübə mübadiləsi aparmasına və məhsul-xidmətlərini daha geniş auditoriyaya təqdim etməsinə imkan yaradan platformaların olması da vacibdir. O, Yerli Şirkətlərin Tanıtım Sərgisini bizneslər arasında əməkdaşlığın inkişafına töhfə verən uğurlu təşəbbüslərdən biri adlandırıb. 

Qeyd edək ki, Birbank Biznes hazırda 200 mindən çox sahibkara xidmət göstərilir. Platforma sahibkarların gündəlik fəaliyyətini asanlaşdıran rəqəmsal həllərlə yanaşı, onların inkişafına, yeni əməkdaşlıqlar qurmasına və biznes imkanlarını genişləndirməsinə töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edir. 

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər
İqtisadiyyat 17:14
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər

Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
İqtisadiyyat 14:43
Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
İqtisadiyyat 14:03
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar

ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İqtisadiyyat 13:19
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb


Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
İqtisadiyyat 11:58
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb


Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:27
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
SOCAR insan kapitalının inkişafına yatırımları artırır
İqtisadiyyat 10:01
SOCAR insan kapitalının inkişafına yatırımları artırır


Neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:20
Neftin qiyməti ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:13
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol