• $
  • £

Azərbaycanın sığorta bazarı son dörd ildə ikiqat artıb

Azərbaycanın sığorta bazarı son dörd ildə ikiqat artıb
24.06.2026 12:15

 

Son dörd ildə Azərbaycanda sığorta sektorunun həcmi təxminən iki dəfə artıb. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2026) çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, bazarda müşahidə olunan müsbət dinamika dövlətin müəyyən etdiyi strateji istiqamətlər, Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi islahatlar və sığorta şirkətlərinin koordinasiyalı fəaliyyəti sayəsində əldə olunub.

Ülviyyə Cabbarova vurğulayıb ki, ölkədə sığorta xidmətlərinin əhatə dairəsini daha da genişləndirmək üçün ciddi imkanlar mövcuddur və qarşıda duran əsas vəzifə bu potensialdan maksimum istifadə etməkdir.

Assosiasiya rəhbəri qeyd edib ki, müasir dövrdə sığorta yalnız baş vermiş zərərlərin kompensasiyası funksiyasını daşımır. Bu mexanizm vətəndaşların maliyyə təhlükəsizliyini gücləndirir, ailələrin rifahının qorunmasına dəstək verir və sahibkarlıq subyektlərinin risklərə qarşı dayanıqlığını artırır.

O bildirib ki, beynəlxalq sığorta bazarında iqlim dəyişikliklərinin yaratdığı fəsadlar, kibertəhlükələrin artması və demoqrafik dəyişikliklər yeni çağırışlar formalaşdırır. Bu şəraitdə bazar iştirakçılarından daha çevik fəaliyyət, innovativ məhsulların hazırlanması və müştəri ehtiyaclarına uyğun həllərin təqdim edilməsi tələb olunur.

Ülviyyə Cabbarovanın sözlərinə görə, “2027–2030-cu illər üzrə Maliyyə İnklüzivliyinin Genişləndirilməsi Dövlət Proqramı” çərçivəsində sığorta xidmətlərinin əlçatanlığının yüksəldilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi, könüllü sığorta növlərinin təşviqi və maliyyə xidmətlərindən istifadənin genişləndirilməsi əsas hədəflər sırasında yer alır.

O əlavə edib ki, bu dövlət proqramı sığorta sektorunun inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənədlərdən biri olacaq və bazarın uzunmüddətli inkişafına təkan verəcək.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər
İqtisadiyyat 17:14
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər

Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
İqtisadiyyat 14:43
Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
İqtisadiyyat 14:03
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar

ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İqtisadiyyat 13:19
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb


Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
İqtisadiyyat 11:58
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb


Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:27
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
SOCAR insan kapitalının inkişafına yatırımları artırır
İqtisadiyyat 10:01
SOCAR insan kapitalının inkişafına yatırımları artırır


Neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:20
Neftin qiyməti ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:13
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol